Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birlik bərabərlik və qardaşlıq haqqında seçmə hədislər

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir birinizi sevmədikcə də iman etmiş olmazsınız.” (Səhihi-Müslim, İman Kitabı, Hədis: 93)

• Numan ibn Bəşir (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və lütf etməkdəki misalı, bədən misalıdır. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri bir-birlərini, xəstə üzvünün acısına, yuxusuzluq və atəşlə iştirak etməyə çağırırlar.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

• Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Hər kim bir müsəlman qardaşının dünya sıxıntılarından bir sıxıntısına kömək edərsə o, qardaşına kömək etdiyi müddətdə Allah Təala da ona yardım edər.”

• Əbu Musa (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət edir: “Mömin möminə qarşı kərpicləri bir-birinə keçərək hörülən bina kimidir.”

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Müsəlman müsəlmanın qardaşıdır, ona xəyanət etməz, ona yalan söyləməz və onu sahibsiz tərk etməz. Müsəlmanın hər şeyi; namusu, malı və qanı müsəlmana haramdır... Müsəlmanın qardaşına qəliz söz söyləməsi, bir şəxsə pislik olaraq kifayətdir.” (Sünəni-Tirmizi, Birr və Sıla Babı, Hədis: 1992)

• Əbq Əyyub əl-Ənsaridən (ra) gələn bir rəvayətdə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Bir müsəlmanın, (din) qardaşına üç gündən çox küsülü durması halal olmaz.” (Səhihi-Müslim, Kitabul-birr vəs-sila, Hədis ? 25)

• Əbu Musa (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) belə demişdir: «Ya?şı dostla pis dost misalı ətir satanla, körük vuranın misalına bənzəyir. Ətir satanla ünsiyyətdə olduqda ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan, körük vuranla bərabər olduqda isə paltarını yandırmasan da tüstüsündən əziyyət çəkəcəksən» «Bu?arinin səhih əsəri, 2101» «Muslimin səhih əsəri, 6635»

• Abdullah bin Amr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Müsəlman o kəsdir ki, (onun) əlindən və dilindən başqa müsəlmanlar əziyyət çəkmir» «əl Buxari, 10-cu hədis»


Tarix: 26.04.2013 / 21:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 291 Bölmə: Hedisler
loading...