Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSünəni İbn Macə

[color=#039b80]Sünəni İbn Macə (ərəb. سُنن ابن ماجة‎‎). Əhli Sünnənin hədis ədəbiyyatında ən güvənilən hədis kitabları olaraq qəbul edilən altı kitabdan (Kutubi Siddənin) biridir.

Müəllifi İbn Macədir (m. 824-887) (h.q. 209-273). Əsərin əsil adı "Kitəbus Sunən" olsa da müəllifinə nisbətlə "Sünəni İbn Macə" olaraq anılır.Mündəricat [gizlə]
1 Haqqında
1.1 Müəllif
1.2 Əsər
1.3 Nəşrləri
2 İstinadlar
3 Həmçinin bax

[redaktə]
Haqqında
[redaktə]
Müəllif

Əl Hafiz Əbu Məhəmməd ibn Yəzid ibn Macə əl Qəzvini 824-cü ildə Qəzvin şəhərində doğulub[1]. 22 yaşından hədis toplamaq məqsədilə Misir, Xorasan, Rey, İraq, Hicaz və b. yerlərə səfər etmişdir. Və ən məşhur əsəri olan "Kitəbu Sunən" əsərini yazmışdır. İbn Macə 887-ci ildə vəfat etmişdir.
[redaktə]
Əsər

Kitab cildlərə bölünür (Cildlərin Ardı »

HedislerSəhih Qüdsi hədislər (Şükür etməyin və nemətlərin artması )

Rəvayət edilir ki, Muhəmməd ibnun-Nadr əl-Hərisi demişdir: «Mənə çatıb ki: «Uca Allah Musaya: «Ya Musa ibn İmran, ayıq ol! Özünə dostlar tut. Mənim məhəbbətim üzrə dostluq etməyənlə yoldaşlıq etmə, çünki o sənin düşmənindir və qəlbini sərtləşdirər. Şükür etməyin və nemətlərin artması üçün Məni çox xatırla!»(ZİKR EYLƏ) - deyə vəhy etdi».

(Əhməd «əz-Zühd» səh. 108; Əbu Nueym «əl-Hilyə» 8/ 222; İbn Əbid-Dunyə «əş-Şukur» 164. Əbu Usamə Səlim ibn İd əl-Hilali səhih demişdir.)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurur: «Mənim dərgahımda mömin qulum daima xeyir içindədir. Mən onun canını alarkən də o Mənə həmd edir».

(Əhməd 8136, 8473, 8492, Ardı »

HedislerSəhih Qüdsi Hədislər (Allah üçün sevməyin fəziləti)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah Qiyamət günü buyuracaq: «Mənə görə bir-birlərini sevənlər hanı? Bu gün Mən onları Öz kölgəmdə kölgələndirəcəyəm, Mənim kölgəmdən başqa heç bir kölgənin olmadığı gündə».

(Muslim 2566 (4655, 6713).

Ubadə ibn Samit (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uca Allah buyurdu: «Mənə görə bir-birlərini sevənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə bağlı olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə nəsihət edənlərə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini sevənlərə nurdan minbərlər vardır. Nəbilər, Ardı »

HedislerHezret Eliden Hedisler

Hedis 1: Hezret Eli (e) buyurur: Allah yolunda doyushenler ucun goyun qapilari acilar.

* * *
Hedis 2: Hezret Eli (e) buyurur: Tovbe etmek qelbleri paklayir, gunahlari yuyur.

* * *
Hedis 3: Hezret Eli (e) buyurur: Momin onunla insafsiz reftar edenle insafla davranar.

* * *
Hedis 4: Hezret Eli (e) buyurur: Bilerekden gunah eden shexs bagishlanmaga layiq deyildir.

* * *
Hedis 5: Hezret Eli (e) buyurur: Zulm ve fesad yolundan cekinib itaet yolunu tutun ki, axiretde xoshbext olasiniz.

* * *
Hedis 6: Hezret Eli (e) buyurur: Allahdan heya etmek bir cox gunahlari aradan aparir.

* * *
Hedis 7: Hezret Eli (e) buyurur: Elimsiz emel etmek zelaletdir (yoldan azmaqdir).

* Ardı »

HedislerPeyğəmbər (s.a.v) xırda daşlarla və riskli yolla alış-veriş etməyi qadağan etdi

Əbu Hureyrə (r.a) demişdir: “Peyğəmbər (s.a.v) xırda daşlarla və riskli yolla alış-veriş etməyi qadağan etmişdir. Müslim rəvayət etmişdir.
( Müslim: Alış-veriş ? 1513. Tirmizi: Alış-veriş ? 1230. Nəsai: Alış-veriş ? 4518. Əbu Davud: Alış-veriş ? 3376. İbn Macə: Ticarət ? 2194. Əhməd: 2/439. Darimi: Alış-veriş ? 2563.)

ŞƏRH

Bu, bütün növ riskləri şamil edən hədisdir. Risk, mövcud olmayan və ya naməlum malın alış-verişidir ki, bu da alıcı üçün təhlükəlidir. Ona görə qumar hökmünə daxildir. Mərc və pul qoyuluşlarında qumar olduğu kimi, alış-verişdə də qumar ola bilər. At, dəvə və oxatma yarışlarında mərc etmək isə icazəlidir.( Burada müəllif bir cümlə ilə bunun icazəli olduğunu Ardı »

Hedisler: Səhih Qüdsi hədislər (Hər kəs dünyada qulluq etdiyi şeyə tabe olsun)

Əbu Səid əl-Xudri (r.a) rəvayət etmişdir ki, Peyğəmbərin (s.a.v) dövründə bir dəstə adam Peyğəmbərə (s.a.v) dedi: «Ya Rəsulullah, Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?» Peyğəmbər (s.a.v) dedi: «Bəli, məgər sizə günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməyinizə nəsə mane olurmu?» Onlar: «Xeyr!» - dedilər. Peyğəmbər (s.a.v) soruşdu: «Məgər sizə on dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görməyinizə nəsə mane olurmu?» Onlar: «Xeyr!» - dedilər. Peyğəmbər (s.a.v) buyurdu: «Bu ikisini görməyə sizə heç bir şey mane olmadığı kimi Allahı  da Qiyamət günü beləcə, görəcəksiniz. Qiyamət günü yetişdiyi zaman carçı səsləyib deyəcək: «Hər bir ümmət nəyə Ardı »

HedislerAltı kitab

Altı kitab (ərəbcə: الكتب الستة‎, farsca: صحاح سته). Əhli Sünnə tərəfindən ən etibarlı hədis mənbələri kimi qəbul edilmiş 6 kitaba verilmiş ümumi ad. Həmin kitablar aşağıdakılardır:
Səhihi Buxari (صحيح البخاري)
Səhihi Müslim (صحيح مسلم)
Sünəni Nəsai (النسائي سُنن)
Sünəni Tirmizi (سُـنَن الترمذي)
Sünəni Əbu Davud (سُنن أبو داوود)
Sünəni İbn Macə (سُنن ابن ماجة)
Ardı »

HedislerSəhih Qüdsi hədislər (Cənnət və Cəhənnəm əhlinin sayı)

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qiyamət günü Uca Allah: «Ey Adəm!» - deyə buyuracaq. Adəm deyəcək: «Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!» Allah buyuracaq: «Cəhənnəmə vasil olacaq kimsələri ayır!» Adəm deyəcək: «Cəhənnəmə vasil olanların (sayı) nə qədərdir?» Allah buyuracaq: «Hər min nəfərdən doqquz yüz doxsan doqquzu (Cəhənnəmə gedəcək)». «O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir» (əl-Həcc 2). (Əshabələr) dedilər: «Ya Rəsulullah, hansımız o bir nəfərlərdən olacaq?» Peyğəmbər (s.a.v) buyurdu: «Sevinin! Heç şübhəsiz ki, bir nəfər sizdən, doqquz yüz doxsan Ardı »