Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HedislerSəhih Qüdsi Hədislər (Uca Allahın Cənnət Əhlindən Razı Qalması)

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Ulu və uca Allah Cənnət əhlini çağırıb buyuracaq: «Ey Cənnət əhli!» Onlar: «Buyur, ey Rəbbimiz, əmrinə müntəzirik!» - deyə cavab verəcəklər. Allah soruşacaq: «Razı qaldınızmı?» Onlar deyəcəklər: «Bizə nə olub ki, razı qalmayaq?! Axı Sən bizə, yaratdıqlarından heç kəsə vermədiyin nemətləri bəxş etmisən!» Allah buyuracaq: «Mən sizə bundan da yaxşısını verəcəyəm!» Onlar deyəcəklər: «Ey Rəbbimiz! Bundan yaxşı nə ola bilər ki?» Allah buyuracaq: «Mən Öz rizamı sizə halal edirəm və bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq».
(əl-Buxari 81. Kitəbur-Riqaq 51 (6067, 6549); ət-Tirmizi 2555.)

Cabir ibn Abdullah (r.a) rəvayət edir Ardı »

HedislerPeyğəmbər (sav) adından yalan söyləyənin yeri haradır?

Əli, Ənəs b. Məlik, Əbu Hureyrə - radıyallahu anhum – rəvayət edirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə qəsdli olaraq söyləyərsə atəşdən yerini hazırlasın» . Müslim. Ardı »

HedislerSəhih Qüdsi hədislər ( sipirtli İçki İçməyi və ipək geyməyi tərk edən haqqında)

Ənəs (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah buyurur: «Kim sipirtli içki içmək iqtidarında ola-ola onu tərk edərsə, Mən mütləq ona Cənnətdə cənnət içkisi içizdirərəm. Kim ipək geyinmək iqtidarında ola-ola ondan imtina edərsə, Mən mütləq ona Cənnətdə ipək geyindirərəm».
(Bəzzar 7271. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 2375) hədisi səhih li-ğeyrihi adlandırmışdır.) Ardı »

HedislerSəhih Qüdsi hədislər (Riyakarlığın nəticəsi)

1.Mahmud ibn Ləbid (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Həqiqətən, sizin üçün ən çox qorxduğum kiçik şirkdir». Dedilər: «Ya Rasulallah, kiçik şirk nədir?» O buyurdu: «Riyakarlıq. Allah qullarının əməllərinin əvəzini verəcəyi gün (riyakarlara) deyəcək: «Dünyada əməllərinizi göstərdiyiniz kəslərin yanına gedin! Baxın görün, onlar etdiklərinizin əvəzini verə bilirlərmi?!»

(Əhməd 22523, 22528, 23630, 23686, 24350, 24356. əl-Albani buna oxşar hədisi «Sahihul-Cəmiis-Sağir»də (? 1555) səhih adlandırmışdır. Həmçinin Şueyb əl-Arnavut da hədisin isnadını səhih adlandırmışdır.)

2.Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən Ardı »

Hedisler: Səhih Qüdsi hədislər (Allahla qarşılaşmaq istəyənlə Allah qarşılaşmaq istəyər)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Allah buyurur: «Qulum Mənimlə qarşılaşmaq istəsə, Mən də onunla qarşılaşmaq istəyərəm. O Mənimlə qarşılaşmaq istəməsə, Mən də onunla qarşılaşmaq istəmərəm». (əl-Buxari 97. Kitəbut-Tövhid 35 (6950, 7065, 7504)
(Bu hədisdə deyilənlərin nə məna kəsb etməsi haqda başqa hədisdə belə deyilir: Ubadə ibn Samit (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Kim Allahla qarşılaşmaq istəsə, Allah da onunla qarşılaşmaq istəyər, kim də Allahla qarşılaşmaq istəməsə, Allah da onunla qarşılaşmaq istəməz». Aişə  (və ya zövcələrindən biri) demişdir: «Axı biz ölmək istəmirik?!» Peyğəmbər (s.a.v) buyurdu: «Söhbət bundan getmir. İş orasındadır ki, möminə ölüm yetişdiyi Ardı »

HedislerSəhih Müslim (Uca Allahın: “Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunma

Uca Allahın: “Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə” ayəsi.

Əbu Səid əl-Xudrinin (r.a) rəvayət etdiyinə görə, Peyğəmbər (s.a.v) döyüşə çıxdığı zaman münafiqlərdən olan kişilər döyüşə getməyib, ona müxalif olduqlarına görə sevindilər. Peyğəmbər (s.a.v)döyüşdən qayıtdığı zaman (özlərinə bəraət qazandırmaq üçün ) ondan üzr istədilər və and içdilər. Görmədikləri işlərə görə tərif olunmağı istədilər. O (zaman) bu ayə nazil oldu: “(Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə...” (“Ali-İmran” / 188)

Humeyd ibn Abd ər-Rahman ibn Əuf rəvayət etdiyinə görə Mərvan qapıda Ardı »

HedislerSəhih Qüdsi hədislər ( Uca Allahın qiyamət günü bəndəsini nemətlər barədə sorğu-sual etməsi)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) buyurmuşdur: «Şübhəsiz ki, Qiyamət günü bəndədən nemətlərdən ilk soruşulacağı Allahın ona: «Sənin bədənini sağlam etmədimmi və səni sərin su ilə bəsləmədimmi?» - deməsidir».

(ət-Tirmizi 3358, 3683; ət-Tabərani «əl-Kəbir» 12289. əl-Albani səhih demişdir.)

Əbu Hureyra və Əbu Səid (r.a) rəvayət edirlər ki, Allah Elçisi (s.a.v) demişdir: «Qiyamət günü bir qul (Allahın hüzuruna) gətiriləcək və Allah ona deyəcək: «Sənə qulaq, göz, mal və övlad vermədimmi? Həmçinin heyvanları və əkin yerlərini sənin ixtiyarına vermədimmi? Səni başqaları tərəfindən itaət olunan və qənimətin dörddə birini alan başçı təyin etmədimmi? Bu gün Mənimlə görüşəcəyini güman edirdin?» O: «Xeyr!» - deyə Ardı »

HedislerHədisi şəriflər (İfrat həddini aşmaq barəsində)

Peyğəmbərimiz (sav) buyurmuşdur:
"Dində ifrata varmaqdan (həddini aşmaqdan) çəkinin
(Sünən Nəsai, 3057)

"Həddini aşanlar həlak olmuşdur, həddini aşanlar həlak olmuşdur, həddini aşanlar həlak olmuşdur"
(Səhih Müslim, 2670)

"Allah mülayimdir və mülayim omağınızı sevər. Allah mülayimliyinizə görə verdiyini, sərtliyə görə verməz!
(Səhih Müslim, 6544)

"Kim mülayim olmaqdan mərhum olarsa, artıq bütün xeyirlərdən mərhum olmuşdur."
(Səhih Müslim, 6543)

"Əgər Allah bir ailəyə xeyr istəyərsə, onlara mülayimlik bəxş edər"
(Müsnəd Əhməd, 671)

"Kim bu dünyada özünə necə qəsd edərsə, axirətdə də o formada ona əzab veriləcəkdir"
(Əbu Uvana, Müstəxrəc) Ardı »