Hedisler → Səhih Qüdsi hədislər (Heç Kəsin Haqqı Qalmaz)
Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «(Qiyamət günü) Allah yaratdığı cinlər, insanlar və heyvanlar arasında hökm edəcək və o gün hətta buynuzlu ilə buynuzu qırılmış heyvanlar arasında (buynuzunu nə üçün sındırdığı barədə) hökm verəcək. Heç kimin heç bir kimsə üzərində haqqı qalmadıqda Allah deyəcək: «Torpaq olun!» Elə bu zaman kafir deyəcək: «Kaş mən torpaq olaydım!» (ən-Nəbə 40)».
(İbn Cərir «Təfsir» 30/ 17-18. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 1966) səhih olduğunu bildirmişdir.)
Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.v) əshabələrindən birinin ondan qisas barədə mənim eşitmədiyim bir hədisi eşitdiyini biləndə bir dəvə aldım və yola götürəcəyim azuqəmi ona yüklədim. Ardı »