Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TibbAortal stenoz

Aortal stenoz (daralması, qısa AS) - bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75-80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır.
Etiologiya

70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər. Ardı »

TibbNeyron şəbəkələr

Neyron şəbəkələr - Çıxıntılar vasitəsi ilə həyəcanlanmanı ötürən neyronlar öz aralarında qarşılıqlı təsirdə olmaqla neyron şəbəkələr əmələ gətirirlər.
Adətən neyron şəbəkələrin, strukturalarına və təyinatlarına görə fərqlənən üç əsas tipini göstərirlər. Birinci tip ierarx şəbəkələr adlanır. Belə şəbəkələrdə məlumat ierarxiyanın bir səviyyəsindən digərinə ardıcıl keçirilməklə ötürülür. Neyrən şəbəkələrin ikinci tipinə məhdud təsir dairəsinə malik olan neyronlardan formalaşmış lokal şəbəkələr aiddir. Bu tip lokal şəbəkənin neyronları erarxiyanın bir səviyyəsi çərçivəsində məlumatı emal edirlər. Bu zaman funksional lokal şəbəkə özünü nisbi izoleolunmuş ləngidici və yaxud da həyəcanlandırıcı struktura kimi təqdim edir.
Neyron şəbəkələr əsas olaraq 3 hissəyə ayrılırlar:
1. Tam əlaqəli şəbəkələr;
2. Çoxlaylı neyron şəbəkələri;
3. Zəif əlaqəli Ardı »

TibbMorfin

Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir.
Tarixçəsi

Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan Ardı »

TibbTorakotomiya

Torakotomiya (yun. θώραξ — köks döş qəfəsi və yun. τομή — yarmaq, kəsmək) ürək və döş qəfəsi cərrahiyyəsində döş qəfəsini qabırğalararası sahədən yarmaqla üzv və orqanlarını, patoloji toxumaları: sist və şışləri əldə etmək üçün icra edilən cərrahi müdaxilə. Ardı »

TibbEyzenmenger sindromu

Eyzenmenger sindromu — anadangəlmə ürək qüsurlarında sistem arterial təzyiqin qüsur dəliyi vasitəsilə ağciyər arteriyasına ötürülməsi nəticəsində meydana çıxan ağciyər arteriyasının hipertenziyasıdır. Bu zaman ağciyərlərin damar sistemində, xüsusilə kiçik diametrli ağciyər arteriolalarında obstruktiv dəyişikliklər (damar divarının gedən struktiv dəyişikliklər nəticəsində qalınlaşması prosesi) gedərək onlarda diffuz daralmalar əmələ gəlir ki, bu da onların qandaşıma funksiyasının pozulmasına gətirib çıxarır. Eyzenmenger sindromunda ağciyər arteriyasındakı təzyiq sistem arterial təzyiqə bərabər olur. Nəticə etibarilə sağ mədəcikdə müqavimətin kəskin artması venoz qanın qüsur dəliyi vasitəsilə geri aorta sisteminə atılması, sağ-sol şuntu baş verir və sianoz inkişaf edir.
Klinik əlamətlər
Xəstələr tezyorulmadan, tənginəfəslikdən, arterial sistemdə oksigenin miqdarının azalması nəticəsində baş verən Ardı »

TibbUqo Çaves

Uqo Rafael Çaves Frias (isp. Hugo Rafael Chávez Frías 28 iyul 1954, Sabaneta, Barinas, Venesuela — 5 mart 2013, Karakas, Venesuela) — Venesuela dövlət və hərbi xadimi, 1999-2013-cü illərdə Venesuela prezidenti, Venesuela Vahid Sosialist Partiyasının rəhbəri (2007-2013).
Həyatı

Uqo Rafael Çaves Frias 28 iyul 1954-cü ildə Venesuelanın Barinas ştatının Sabaneta şəhərində anadan olub.

1992-ci ildə yarı-hərbçi kimi Çaves sonradan prezident olan Karlos Andres Peresə qarşı uğursuz hərbi çevrilişə başçılıq edib. Lakin çevriliş baş tutmamış və o 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Çavesin sonradan siyasətdə bəxti gətirib. 1998-ci ildə populist seçki platforması, eləcə də yoxsulluğa və korrupsiyaya son qoymaq vədləri ilə Çaves neftlə zəngin Ardı »

TibbExokardioqrafiya

Növləri
Transtorakal (Döşüstü) Exokardioqrafiya (TTE)

Transtorakal Exokardioqrafiya (TTE) zamanı ürək döşüstü, yəni bədənin xaricindən, müayinə olunur. Bu zaman əsasən 2 nöqtədən baxış keçirilir:

sol parasternal (döşsümüyü yanı) baxışda 2 müayinə kəsiyi var:
qısa ox kəsiyi
uzun ox kəsiyi
apikal (ürək zirvəsindən) baxışda 4 görünüş var:
dörd boşluq görüntüsü (dördkameralı görünüş)
beş boşluq görüntüsü (beşkameralı görünüş)
üç boşluq görüntüsü (üçkameralı görünüş)
Ardı »

TibbEozinofillər

Eozinofillər — qranulositlərin bir populyasiyasıdır.

Qanın leykositlərinin 2-5%i onların payına düşür.Onlar adətən ikiseqmentli nüvəli hüceyrələrdirlər.Sitoplazmadaxili qranulları eozin(turş təbiətli boya)boyası ilə rəngləndiyinə görə onlara eozinofillər deyilir.

Ölçülərinə görə qranullar böyük və kiçik eozinofil qranullr olmaqla iki tipə bölünürlər.Böyük eozinofil qranullar elektron mikroskopunda mərkəzi kristalları özək, ətrafı isə matrikslə əhatə olunmuş, diametri təxminən 1 mkm ə bərabər orqanoidlər kimi görünürlər.Onların möhtəviyyatının əsas hissəsini mərkəzdə kristallik formalı əsas qələvi zülalı, matriksində isə peroksidlər və eozinofillərin kation zülalı adlanan molekullar təşkil edirlər.Kiçik qranullarda arilsulfataza və turş fosfataza toplanır. Bu maddələrdən başqa eozinofillərdə həmçinin elastaza , kollogenaza, qlükuronidaza, katepsin, mieloperoksidaza və RNT -aza da aşkar edilmişdir.

Müəyyən stimulların təsirindən Ardı »