Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TibbSümük iliyi

Sümük iliyi —

Qanın bütün formalı elementləri - Eritrositlər,trombositlər və leykositlər sümük iliyində ümumi sələf hüceyrələrindən yaranırlar.Sümük iliyində qanyaradıcı toxumalar venoz sinusoidlərlə məhdudlaşmış hüceyrələr yığımından təşkil olunmuşdur.Onlar radial şəkildə yerləşmişlər və mərkəzi sinusoidə açılırlar.Müxtəlif tipli hüceyrələr bu toxumalarda adacıqlar əmələ gətirirlər.Plüripatent kötük hüceyrələrinin əksəriyyəti sümük iliyi kanalı boşluğunun periferik təbəqəsində toplaşmışdır. Hüceyrələr yetişdikcə periferik sahədən kanal boşluğuna doğru hərəkət edərək sinusoidlərə keçir,oradan isə qan dövranına keçirlər.İnsanın sümük iliyinin kariositlərinin təxminən 60-65% i mieloid,10-15 % i isə limfoid tipli hüceyrələrin payına düşür.Limfoid hüceyrələrin təxminən 60% i yetişməkdə olan,qalanları isə miqrasiyaya hazır və ya əksinə qandan sümük iliyinə miqrasiya etmiş hüceyrələrdirlər.Bir gün ərzində 100 Ardı »

TibbStenokardiya

Stenokardiya (lat. angina pectoris) — ürək xəstəliyi.

Stenokardiya ürək nahiyəsində başlayan kəskin ağrı ilə xarekterizə olunan ürəyin işemik xəstəliklərindəndir. Ən çox hallarda bu nahiyədə əmələ gələn ağrı hissinə səbəb, ürəyin qanla təminatının müəyyən müddətə pozulmasıdır. Stenokardiya tutması bir çox hallarda ateroskleroz, koronar damar xəstəlikləri, fiziki və emosional gərginlik səbəbi ilə və ya idiopatik olaraq baş verir.

Yayılması
Patofiziologiya
Klinik təzahürlər
Təsnifat
Müalicə
Differensial diaqnostika

Yayılması

Patofiziologiya Patofiziologiyasının əsasında koronar damarlara bağlı olaraq baş verən işemiya durur. Elə xəstəliyin əsas əlaməti - döş sümüyü arxasındakı yandırıcı , Ardı »

TibbGöz xəstəlikləri

Görmə orqanı — Periferik görmə reseptoru - göz alması və onun əlavə aparatı, görmə yolları və baş beyinin görmə mərkəzindən ibarətdir. Göz alması - cüt orqanı olub, kəllənin göz yuvalarında - orbitalarda yer göz düzgün kürə formasında deyil. Sağital oxunun uzunluğu - 24 mm, üfüqü - 23,6 mm, şaquli - 23,3 mm, göz almasının kütləsi 7-8 qrama bərabərdir. 3 qişası var: xarici və ya fibroz qişa, orta, damarlı qişa, daxili və ya tor qişa.
Gözün xarici qişası

Xarici qişa gözün fibroz qişası adlanır. (tunika fibrosa bulbi) lakin möhkəm qişadır. O, gözün formasını yaradır , onun müəyyən turqorunu saxlayır, müdafiə funksiyasını yerinə yetirir və Ardı »

TibbRamiz Bayramov

Ramiz Bəxtiyar oğlu Bayramov (21 fevral 1970-ci il, Zərkənd kəndi, Vardenis rayonu (Basarkeçər rayonu) Ermənistan SSR, SSRİ) — Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının professoru, tibb elmləri doktoru, qastrointestinal cərrah-onkoloq, Azərbaycan Tibb Universitetinin Onkololoji Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri.
Həyatı

1986-cı ildə Ermənistan SSR Vardenis rayonu Zərkənd orta məktəbini əla qiymətlərlə bitirərək 1987-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1988-1989-cu illdərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Tibb Universitetini Mustafa Topçubaşov adına təqaüdlə oxumuş və 1994-cü ildə qeyd edilən universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında klinik ordinaturanı, 2000-ci ildə Azərbaycan Tibb Universitetinin Ardı »

TibbNarkomaniya haqqında

Narkotik maddələr

Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir: narkodilerlər - narkotikləri satan insanlar həmişə yeni alıcı axtarışında olur. Onlar maddi imkanı aşağı olan gəncləri tapdıqları kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri də tora sala bilirlər. Abstinensiya halı çox əziyyətli olduğuna görə narkotikdən istifadə edən gənc yeni doza əldə etmək üçün əlindən gələni edir. Narkotikdən istifadə edənlərin əksəriyyəti gənc ikən ölür - onlar cinsi yolla yoluxan infeksiyalara, o cümlədən HİV-lə və ya hepatit C-yə yoluxur, bəziləri isə uzun müddət müalicə alaraq ailəsi və cəmiyyət üçün Ardı »

TibbQavril İlizarov

Həyatı

Qavril Abramoviç İlizarov 15 iyun 1921-ci ildə Polşada (indiki Belarusiya ərazisində) yəhudi ailəsində dünyaya gəlmişdir. Doğulandan sonra ailəsi Azərbaycanın Qusar rayonuna köçmüşdür.

1979-cu ildə Lenin mükafatı laureatı olmuşdur. 1981-ci ildə Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdür. Rusiya Elmlər Akademiyasının üzvü olmuşdur. 1990-larda ABŞ-a səyahət etmişdir. 71 yaşında, 1992-ci il 24 iyulda ürək tutmasından vəfat etmişdir.
İxtiraları

İlizarov aparatını ixtira etmişdir.

Mükafatları

Flag of the Soviet Union.svg Lenin mükafatı laureatı (1979)
Flag of the Soviet Union.svg Sosialist Əməyi qəhrəmanı (1981) Ardı »

TibbƏhliman Əmiraslanov

Əhliman Əmiraslanov (azərb. Əmiraslanov Əhliman Tapdıq oğlu; d. 17 noyabr 1947, Zod, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ) — Azərbaycan alimi, ictimai-siyasi xadim, cərrah–onkoloq, tibb elmləri doktoru (1984), professor (1989), Azərbaycan Milli Elmlər Akademiyasının (2001) və Polşa Tibb Elmləri Akademiyasının (1998) həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü (2001), AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi (2007–indi), SSRİ Dövlət Mükafatı (1986) və Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) laureatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (1991), Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış (2010) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–indi), ATU Onkologiya kafedrasının müdiri (1993–indi) Azərbaycan Respublikasının Prezidenti yanında Ardı »

TibbDermatologiya

Dermatologiya (yunan sözü olub "derma" – dəri, "logos" – öyrənmək deməkdir) — dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir.

Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.

Dəri xəstəliklərinin kliniki əlamətlərini bir neçə qrupa ayırmaq olar:

Bütövlükdə orqanizm tərəfindən meydana çıxan simptomlar (bədən temperaturunun yüksəlməsi, ümumi zəiflik və Ardı »