Tibb → Qlaukoma
Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlik. Xalq arasında göz təzyiqi və ya qarasu olaraq adlandırılan qlaukoma dünyada 45 milyon insana təsir etmiş bir göz xəstəliyidir. Müalicə edilmədiyi halda korluq ilə nəticələnir. Xəstəliyin müalicəsi zamanı əsas məqsəd gözdaxili təzyiqin normada saxlanılması və artmasına imkan verilməməsidir. Yaş, nəsildə və ya ailədə qlaukomanın olması və şəkər xəstəliyi kimi hallar qlaukomanın formalaşması üçün əsas risk faktorlarından hesab olunur.
40 yaşından yuxarı hər 40 nəfərdən birində qlaukomaya rast gəlinir. Xəstəliyin var olduğu 20 nəfərdən biri isə qlaukoma səbəbindən görmə qabiliyyətini itirir. Qlaukoma səbəbindən görmə qabiliyyətini itirən Ardı »