Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

TibbDiastola

Diastola (yun. diastole, mənası: Genişlənmə) - ürək dövrünün fazasıdır. Bu zaman ürəyin sağ və sol mədəciklərinin əzələsinin boşalması nəticəsində həcmi genişlənərək, qulaqcıqlardan gələn qanı qəbul edir. Buna yüklənmə/dolma fazası da deyirlər. Bu zaman ürəyin aorta və ağciyər arteriyası qapaqcıqları qapanır, sol ikitaylı və sağ üçtaylı qapaqcıqlar açılmış olurlar. Bu an damar divarlarının müqaviməti nəticəsində qapanmış aorta aypara qapaqcıqlarına soykənən qan axını diastolik təzyiqi yaratmış olur. Diastolik təzyiq damar divarlarının müqavimətindən və aypara qapaqcıqların intaktlığından asılıdır. İnsan ölən zaman ürək diastola vəziyyətində olur.

Adətən ürək dayanmaları diastola fazasında baş verir. Yalnız hiperkalimiyalı (qan zərdabında K++ ionunun miqdarının normadan artıq olması) ürək dayanmaları sistola Ardı »

TibbKardiogen şok

Kardiogen şok ürəyin nasos funksiyasının kəskin çatmamazlığı nəticəsində (məsələn, miokard infarktı, ürək ritminin pozğunluğu, ürəyin tamponadası zamanı) meydana çıxan kəskin qan dövranı pozğunluğu. Bu hal potensial olaraq reanimasion tədbirlərlə aradan qaldırıla bilinir. Reanimasion tədbirlərsiz kardiogen şok beyin ölümü ilə nəticələnir.
Səbəbləri

Kardion şokun təsadüflərinin 80%-i xüsusən sənaye ölkələrində, miokard infarktının və ürək ritm pozğunluqlarının payına, ağciyər patologiyalarının payına 4%-i, beyin patologiyalarının (insultların) payına 2%-i, ağciyər emboliyası və digər patologiyaların (travmalar(3 %), boğulmalar(2 %), zəhərlənmələr(2 %) və tok vurma hallarının) payına 9%-i düşür.

Ürəyin nasos funksiyasının pozulmasına gətirib çıxaran hallar:

Mədəciklərin fibrilyasiyası – ürək əzələsinin yığılma qabiliyyəti ürək əzələ liflərinin kordinasiyasız, asinxron, Ardı »

TibbPsoriaz

Əlamətləri

Hal-hazırda bu xəstəliyin autoimmun təbiətli olması güman edilir. Vizual olaraq dəridə həddən artıq quru, qırmızı və dəri səthindən qabarmış ləkələr müəyyən olunur.

Bu ləkələr psoriatik ləkələr adlanır. Psoriatik ləkə zonasında xroniki iltihabın yaranması, limfosit, makrofaq və keratinositlərin proliferasiyası, həmçinin angiogenez prosesinin başlanması (yeni kiçik kapilyarların inkişaf etməsi, angiogenez nahiyəsində kapilyarların kövrəkliyinin artması /Auşpits əlaməti/) nəticəsində dəridə qabarma yaranır. Qabarmanın rəngi solğun bozumtul və ya gümüşü rəngdə olub, soyuyub donmuş mum və ya parafini xatırladır (parafin gölməçələri). Psoriatik ləkələr əsasən bədənin daha çox sürtünməyə və ya təzyiqə məruz qalan zonalarında – diz, dirsək və sağrı nahiyələrində yaranır (ekzema isə əksinə olaraq bu oynaqların Ardı »

TibbAkson

Akson (yun. axis, azərb. çıxıntı) – neyronun 2 çıxıntısından biridir. Hüceyrənin cismindən çıxan impulslar bu çıxıntı vasıtəsilə gəlir. Uzun, adətən, az şaxələnən çıxıntılardır. Uzunluğu 1 m-ə çatır. Hər bir sinir hüceyrəsinin 1 aksonu vardır. Ardı »

TibbƏflatun Kərimov

Əflatun Xudkar oğlu Kərimov — tibb elmləri doktoru, professor.
Həyatı

Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960-1966-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub.

1968-1971-ci illərdə Aspiranturaya, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi kafedrasında oxuyub. 1983-1987-ci illərdə isə Sankt-Peterburq Həkimləri Təkmilləşdirilməsi İnstitutunda doktorluq oxuyub.

1988-ci ildən onkologiya kafedrasında işləyir. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur.

1971-ci ildə «Бронхологические методы исследования при различных заболеваниях легких» namizədlik dissertasiyasını, 1989-cu ildə isə «Аспергиллез легких» doktorluq dissertasiyasını müdafiə etmişdir. Kafedranın elmi istiqaməti – süd vəzisinin xərçəngi – klinikası, diaqnostikası, cərrahi müalicəsi və mədə-bağırsaq xərçənginin – klinikası, diaqnostikası, cərrahi müalicəsi. O, 235 Ardı »

TibbBarbituratlar

Barbituratlar – tibbdə yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur. İnsana yuxu gətirir və sakitləşdirici təsir göstərir. Toz və rəngli kapsullar şəklində satılır. Daimi istifadə xəstəni dərmandan asılı vəziyyətə salır. Alkoqolla və başqa narkotiklərlə qəbulu olduqca təhlükəlidir. Ardı »

TibbEritrositlərin çökmə sürəti

Eritrositlərin çökmə sürəti - (EÇS) qandakı eritrositlərin çökmə sürətidir.

Bu qeyri-spesifik müayinə metodu iltihabi proseslərin mövcud olması barədə şübhələr olduqda və ya onların gedişini öyrənmək məqsədi ilə aparılır. Müayinəyə əsas göstərişlər iltihabi proseslər, infeksion xəstəliklər və profilaktika məqsədi ilə aparılan müayinə skrininqləri aiddir.
Metodun aparılması

EÇS Westergren metodu deyilən sedimentasiya ilə ölçülür. Bu zaman 1.6 ml qan 0.4 ml 3.8 faizli Natrium-sitrat məhlulu ilə qarışdırılır. Burada məqsəd, laxtalanmanın qarşısını almaqdır. Belə ki, sitrat ionları qanda laxtalanma üçün lazım olan kalsium (Ca) ionları ilə birləşib laxtalanma prosesinin qarşısını alır. Bu qarışıq 200 mm uzunluğundakı şüşə yaxud plastik sınaq borusuna tökülür. Bu zaman eritrositlər özlərinin ağırlıq Ardı »

TibbAortal stenoz

Aortal stenoz (daralması, qısa AS) - bədənin ən iri arteriyası sayılan, bütün bədənə qan aparan aortanın daralması. Stenozun yerindən asılı olaraq 3 növü ayırd edilir. Ən yayqın biçimi valvulyar (qapaq) daralmadır (75-80%). Aortal qapaq ürəyin sol mədəciyi və aorta arasında yerləşir. Sol mədəciyin və ürək çəpərinin əzələ kütləsinin böyüməsi və sol mədəciyin çıxış yolunun daralmasıyla səciyyələnən hipertrofik kardiomiopatiya da qazanılmış aortal stenozlardan sayılır.
Etiologiya

70 yaşından erkən özünü büruzə verən aortal qapaq stenozu çox vaxt anadangəlmə ikitaylı aortal qapaq qüsuruyla bağlıdır. Anadangəlmə aortal qapaq stenozu daha çox kişi şeylaqlarında rast gəlinir, aortanın koarktasiyası və qalxan hissəsinin genişlənib yırtılmaya (disseksiya) uğramasına səbəb ola bilər. Ardı »