Tibb → Mutizm
Mutizm (lat. mutus — lal, dinməz) — psixatriyada və nevrologiyada xəstənin suala cavab verməməsi, ünsiyyətsizlik kimi bir hal. Ardı »
Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən
Mutizm (lat. mutus — lal, dinməz) — psixatriyada və nevrologiyada xəstənin suala cavab verməməsi, ünsiyyətsizlik kimi bir hal. Ardı »
Sternotomiya (yun. στέρνον — sinə, köks, döş sümüyü, yun. τομή — yarmaq, kəsmək) döş qəfəsi və divararalığı üzv və orqanları, patoloji toxumaları: sist və şışləri əldə etmək üçün icra edilən çərrahi müdaxilə. Bu zaman döş qəfəsi döş sümüyünün tən ortasından vidaci çuxurdan başlayaraq xəncərəbənzər çıxıntı daxil olmaqla Ciqli mişarı və ya xüsusi elektrik cərrahi mişarla yarılır. Ardı »
Keratoplastika (yun. keras (keratos): buyvuz+plastika) — gözün buynuz qişasının köçürülməsi.
Görmə itiliyinin azalmasına səbəb olan buynuz qişanın kəskin bulanması zamanı tətbiq edilir. Keratoplastika zamanı görmə nisbətən, yaxud tam bərpa olunur. Keratoplastika adətən, buynuz qişanın dərin çapıqlarında, yanıqlarda, ağır keratitlərdə gözün ağır zədələnmələrində, habelə kosmetik məqsədlə aparılır. Ardı »
Həyatı
İbrahim Topçubaşov 7 noyabr 1924-cü ildə Bakıda anadan olub. 1950-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Quba rayonunda və Maştağa rayon xəstəxanasında cərrah işləyib. 1958-ci ildən Azərbaycan Tibb İnstitutunda cərrahiyyə kafedrasında fəaliyyətə başlayıb. 1961-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
Fəaliyyəti
Professor Topçubaşov təbabətin ən mühüm məsələlərinə həsr edilmiş yüzdən cox elmi əsərin müəllifidir. Onun əsərləri Çexoslovakiyada, Polşada, Bolqarıstanda, Türkiyədə, Yaponiyada çap edilib. Həssas qəlbli insan və qayğıkeş alim həm də bəstəkar kimi tanınıb. O, bir cox lirik mahnının müəllifidir.
Ailəsi
İbrahim Topçubaşovun atası görkəmli akademik Mustafa Topçubaşov, anası isə Azərbaycan SSR-in əməkdar incəsənət xadimi, rəssam Reyhan Topçubaşova olub.
Flora Kərimova ilə ailəli olub.
Filmoqrafiya
Ardı »
İv San Loran (fr. Yves Henri Donat Mathieu-Saint-Laurent; d. 1 avqust 1936, Oran, Əlcəzair – ö. 1 iyun 2008, Paris, Fransa) — Fransa modelyeri.
Həyatı
1936-cı ildə hələ Fransanın müstəmləkəsi olan Əlcəzairdə doğulan Loran 1954-cü ildə "Kristian Dior" moda evinə qoşulub. Bundan iki il sonra Kristian Dior vəfat etdi və San Loran 21 yaşında baş dizayner oldu.
Bir ara onu Əlcəzairdə vuruşmaq üçün əsgər də çağırıblar.
İv San Loran dünyanın yüzlərlə adlı-sanlı qadınını geyindirən moda evi açıb. Lakin dizayner 2002-ci ildə bütün moda salonlarını bağlayaraq bildirib ki, tamamilə kommersiyalaşmış sənayenin bir hissəsi olmaq istəmir. Ardı »
Cavad Heyət — cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, "Varlıq" dərgisinın təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru
Həyatı
Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından imiş. O, məşrutiyyət inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçun "Heyət" adı ilə tanınmışdır. Mirzəli Heyət İranda təmiz məhkəmə başqanı və İran ədliyyəsinin qurucularından biri kimi məşrutiyyət inqilabında fəal rol oynamışdır.
Cavad Heyət ilk Ardı »
Konyunktivit — gözun selikli qişasının iltihabı. Bu xəstəlik gözun qızarması, qıcıqlanması, "yad cisim" hissiyyatı ilə özünü biruzə verir və həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli ifrazat ilə (irin, selik və s.) müşahidə olunur. Bunlardan başqa, göz qapaqlarının və selikli qişanın şişməsi, yaşaxma və işıqa həssaslıq müşahidə oluna bilir.
Yaranma səbəbləri
Konyunktivitlər müxtəlif mikroblorla törədilir: bakteriyalar, göbələklər, rikketsiyalar və viruslar (həmçinin allergik konyunktivitlər də mövcuddur). Törədici mikroblardan, orqanizmin müqavimətindən və xəstənin yaşından asılı olaraq konyunktivitlər müxtəlif şəkildə özünü göstərirlər. Müalicə olunmamış konyunktivit xroniki formaya keçir, keratit, buynuz qişanın xorası ilə nəticələnə bilir. Hətta gözün və görmə qabiliyyətinin itməsinə də gətirib çıxara Ardı »
Hemoliz (qəd. yun. αἷμα qan + λυσις dağılma) — hemoqlobinin qan plazmasına çıxması ilə müşayiət olunan eritrositlərin qılafının dağılma prosesi.
Bu zaman plazma qırmızı rəngə boyanır və şaffaf olur.(laklanmış qan yəni parıldayan qan) .Eritrositlərin dağılması osmotik təzyiqin azalmasından törənə bilər.Belə halda ,əvvəlcə eritrositlər şişir,sonra partlayırlar - osmotik hemoliz.Eritrositlərin osmotik dözümlülüyünün ölçüsü NaCl un konsentrasiyasıdır.İnsanlarda osmotik hemoliz NaCl un 0,4%-li məhlulunda başlayır, 0,34% li məhlulunda isə eritrositlərin hamısı dağılır.Bəzi xəstəliklər nəticəsində eritrositlərin osmotik dözümlülüyü azalır və hemoliz,plazmada NaCl un daha yüksək konsentrasiyasında başlayır.
Eritrositlərin zülal-lipid qılafının dağılmasını törədən maddələrin təsiri ilə hasil olan hemoliz - kimyəvi hemoliz adlanır.Belə maddələrə efir, Ardı »