Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əflatun Kərimov

Əflatun Xudkar oğlu Kərimov — tibb elmləri doktoru, professor.
Həyatı

Kərimov Əflatun Xudkar oğlu 23 noyabr 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1960-1966-cı illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda oxuyub.

1968-1971-ci illərdə Aspiranturaya, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Döş qəfəsi cərrahiyyəsi kafedrasında oxuyub. 1983-1987-ci illərdə isə Sankt-Peterburq Həkimləri Təkmilləşdirilməsi İnstitutunda doktorluq oxuyub.

1988-ci ildən onkologiya kafedrasında işləyir. Onkologiya kafedrasının professoru, tibb elmləri doktorudur.

1971-ci ildə «Бронхологические методы исследования при различных заболеваниях легких» namizədlik dissertasiyasını, 1989-cu ildə isə «Аспергиллез легких» doktorluq dissertasiyasını müdafiə etmişdir. Kafedranın elmi istiqaməti – süd vəzisinin xərçəngi – klinikası, diaqnostikası, cərrahi müalicəsi və mədə-bağırsaq xərçənginin – klinikası, diaqnostikası, cərrahi müalicəsi. O, 235 elmi əsərlərin və 22 metodik tövsiyələrin müəllifidir.

Görkəmli cərrah, tibb elmləri doktoru, professor Bəybala Abbasovun qardaşıdır.


Tarix: 10.07.2015 / 18:42 Müəllif: Feriska Baxılıb: 208 Bölmə: Tibb
loading...