Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniya tarixiVermaxt

Vermaxt (alm. Wehrmacht, Wehr - silah, müdafiə, Macht - güc, qüvvə; tərc. Müdafiə qüvvələri) — 1935-1945-ci illərdə nasist Almaniyasının silahlı qüvvələrinə rəsmi olaraq verilən ad. Versal sülh müqaviləsinin şərtlərinə zidd olan Almaniya silahlı qüvvələrinin yaradılması haqqında (alm. Gesetz über den Aufbau der Wehrmacht) 1935-ci il 16 mart tarixli qanuna əsasən yaradılmışdır. Vermaxt üç tərkib hissəyə bölünürdü - Quru Qoşunları (das Heer), Hərbi Dəniz Donanması (die Kriegsmarine) və Hərbi Hava Qüvvələri (die Luftwaffe).

Bu qoşun növləri üzərində idarəetməni həyata keçirmək üçün müvafiq baş komandanlıqlar yaradılmışdı:

Silahlı Qüvvələrin Baş komandanlığı (alm. Oberkommando der Wehrmacht, OKW);
Quru Qoşunlarının Baş komandanlığı (alm. Oberkommando des Нееrеs, OKH);
Hərbi Dəniz Donanmasının Ardı »

Almaniya tarixiLanqobardlar

Lanqobardlar və ya Lombardlar (lat. langobardī (uzunsaqallılar) — qədim Alman tayfalarından biridir. Əfsanəyə görə lanqobard qadınları özlərini döyüşdə öz ərlərini qorumaq və döyüşçülərin saylarının daha da çox görünmələri və bunun lada düşməni qorxutmaq üşün saçlarını çənələrinin altından bağlayaraq özlərini döyüşçü kişilərə oxşadırdılar.

Lanqobardlar ilk əvvəl Elbanın aşağı sol sahillərində Bardenqauda yaşayırdılar. V əsrdə cənuba, Norikə girərək burada Xristianlığın Ariçilik qolunu qəbul edirlər və beləliklə İmperiya (Şərqi Roma - Bizans) tərəfindən "müttəfiq tərəfdaşlar" kimi rəsmi tanınmağa başladılar. Lanqobardların erkən tarixi üzrə əsas mənbələrdən birinə "lanqobardların xalqının mənşəyi" adlı əsər anonim olaraq yazılmışdır ki, o dövrdə yaşamış tarixçi Pavel Dyakon "lanqobardların Tarixi" adlı əsərində Ardı »

Almaniya tarixiIII Fridrix

III Fridrix ( alm. Friedrich III., Friedrich Wilhelm Nikolaus Karl von Preußen; ( 18 oktyabr 1831-ci il, Potsdam, Prussiya - 15 iyun 1888-ci il, Potsdam, Almaniya İmperiyası )— 9 mart 1888-ci ildən Almaniya İmperiyasının imperatoru ( kayzer) i və Prussiyanın kralı, 28 oktyabr 1870-ci ildən prussiya general-feldmarşalı, 1872-ci ildən Rusiya general-feldmarşalı. Avropanın эn parlaq şahzadələrindən biri olsa da ağır xəstəlikdən cəmi 99 gün krallıq edərək vəfat edib. Ardı »

Almaniya tarixiPfals-Zveybrükgen sülaləsi

Pfals-Zveybrükgen sülaləsi Vittelşbax sülaləsinin bir qolu olub Pfals-Zveybrükgen hersoqluğunu idarə etmiş sülalədir.

Hersoqları[redaktə]
II Rupert
III Rupert
Stefan von Zveybrükgen
I Luiz von Zveybrükgen
Kaspar von Zveybrükgen
Aleksandr von Zveybrükgen
II Luiz von Zveybrükgen
Volfqanq von Zveybrükgen
Volfqanq von Zveybrükgenin ölümündən sonra Pfals-Zveybrükgen hersoqluğu oğulları arasında 5 yerə ayrıldı və hersoqluq sadəcə titul olaraq qaldı. Ardı »

Almaniya tarixiII Vilhelm

II Vilehlm (alm. Friedrich Wilhelm Viktor Albert von Preußen) — alman imperatoru III Fridrixin oğlu, 1888-1918-ci illərdə alman imperiyasının imperatoru olmuşdur.

O Prussiya imperatoru Fridrixin (1831–1888) və onun xanımı Viktoriyanın (1819–1901) oğlu kimi dünyaya gəlir. O belə ki, imperator İ Vilhelmin və Böyük Britaniya kraliçası Viktoriyanın nəvəsi idi. O anadan olanda aldığı xəsarətdən əlinin biri şikəst idi. Şəkillərdə o həmişə bu əlini başqası ilə gizlətmədər və ya da fotoaparata yan tərəfdən baxardı.

II Vilhelm onun bababsı I Vilhelm və atası III Fridrix vəfat etdikdən sonra 29 yaşında imperator olur.
Xarici siyasəti[redaktə]
II Vilehlm alman tarixində daha çox güclü xarici siyasəti ilə yadda qalmışdır.

Onun imperatorluğu dövründə Ardı »

Almaniya tarixiFutbol üzrə dünya çempionatı 1974

Final Mərhələsi[redaktə]
13 iyun – 7 iyul

16 komanda 4 qrupda mübarizə apardıqdan sonra, hər qrupdan 2 qalib komanda növbəti qrup mərhələsinə yüksələrək mübarizəni dairəvi sistem üzrə davam etdirdikdən sonra, qrup qalibləri finalda, ikinci yeri tutan komandalar isə təsəlliverici finalda qarşılaşıblar.

38 oyun

1 774 022 tamaşaçı (orta hesabla hər oyunda 46 685)

97 qol (orta hesabla hər oyunda 2,55)

Ən yaxşı futbolçu – Kruiff (Hollandiya)

"Het-trik" (bir oyunda üç qol) – Bayeviç (Yuqoslaviya), Şarmax (Polşa)

Yubiley qolu: 900-cü qol Yasalde (Argentina)

Bombardir: Qjeqoj Lyato (Polşa) – 7 Ardı »

Almaniya tarixiNasional Sosialist Alman Fəhlə Partiyası

Alman Nasional Sosialist Fəhlə Partiyası (alm. Nationalsozialistische Deutsche Arbeiter Partei, NSDAP) – 1933-1945 illəri arasında Almaniyanı idarə edən siyasi partiya.

1920-ci ildə Adolf Hitler tərəfindən yaradılmış partiya üçüncü reyxin dağılmasına qədər (1945) Almaniyada hökmranlıq edib. 1918-ci ilin oktyabrında "Tule Cəmiyyəti" tərəfindən onların iki nəfər üzvü olan jurnalist Karl Harrer və çilingər Anton Drekslerə bu cəmiyyətin təsirini fəhlələr arasında artırmaq üçün xüsusi siyasi dərnək yaradılması əmr edilir. Anton Dreksler eyni zamanda Alman Fəhlə Partiyasını (DAP) da bərpa edir. 12 sentyabr 1919-cu ildə partiya toplantısında iştirak edən Hitlerin, partiyanın şüarları xoşuna gəlir. Hitler-in hesabatı ilə tanış olan Ernst Röm Hitlerə DAP-a daxil olmaq və Ardı »

Almaniya tarixiAlbert Şpeer

Albert Şpeer (d.19 mart 1905-ö.1 sentyabr 1981) (almanca Albert Speer) - Üçüncü Reyxin əsas arxitektoru, silahlandırma və hərbi sənaye naziri. Nürnberq prosesində mühakimə olunmuşlardan biri.

Həyatı[redaktə]
Albert Şpeer 19 mart 1905-ci ildə Almaniya İmperiyasının Mannhaym şəhərində anadan olmuşdur. 1923-cü ildə atasının istəyi ilə Karlsruhe şəhərində memar kimi təhsil alıb. 1924-cü ildə Münhen şəhərinin texniki univertsitetinə daxil olur. 1925-ci ildə təhsilini Berlində davam etdirir. 1928-ci ildə diplom aldıqdan sonra universitetdə assistent kimi çalışmağa başlayır. 1930-cu ildə ilk dəfə universitetdə Adolf Hitlerin nitqini eşidir. Bu nitq daha öncələr siyasətlə heç məşğul olmayan Şpeerə çox güclü təsir edir. 1931-ci ilin yanvarında Şpeer NSDAP-yə üzv olur və Ardı »