Qurani Kerim → Hud surəsi
.11.
Hud surəsi
(Məkkədə nazil olmuşdur, 123 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.Əlif, Lam, Ra! Bu, ayələri hikmət sahibi, (hər şeydən) agah olan (Allah) tərəfindən möhkəmlənmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır ki,
2.Siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən sizi Allah tərəfindən (Cəhənnəmlə) qorxudan və (Cənnətlə) müjdələyənəm.
3.Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) mükafatını ehsan buyursun. Əgər (imandan, mənim dəvətimdən, öyüd-nəsihətimdən) üz döndərsəniz, bilin ki, mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram.
4.Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!
5.Bilin ki2, (kafirlər və Ardı »