Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixçiləriMusa Qasımlı - Elmi məqalələri

Azərbaycanda[redaktə]
Mədəni əməkdaşlığın mühüm sahəsi.- "Kitablar aləmində" jurnalı,1983, №4. 0,2 ç.v.
Beynəlxalq münasibətlər və SSRI-nin xarici siyasəti məsələləri Azərbaycan SSR tarixşünaslığında (70-80-ci illər).- Azərbaycan EA Xəbərləri. Tarix, fəlsəfə, hüquq, 1989, N-1, s.3-9 (R.Orucovla birgə) (rus dilində).
1946-1990-cı illərdə Azərbaycanın beynəlxalq mədəni əlaqələri məsələsinə dair.- Azərbaycan tarixi problemlərinin gənc tədqiqatçılarının II Respublika elmi konfransının məruzələri, 27-28 mart.Bakı,1991, s.182-184.
Azərbaycan 1946-1990-cı illərdə beynəlxalq mədəni əlaqələrdə.- BDU-nun Xəbərləri,1992, №1, 0,4.ç/v.
Azərbaycan Respublikası 1946-1990-cı illərdə beynəlxalq mədəni əlaqələrdə.- Azərbaycan EA xəbərləri. Tarix, fəlsəfə, hüquq. 1993, №3-4, s.3-6.
Azərbaycan 1946-1990-cı illərdə beynəlxalq mədəni əlaqələrdə.- BDU-nun Xəbərləri,1994, №1,0,5 ç/v.
Aprel işğalı nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin itirilməsinə Ingiltərə, Fransa, ABŞ və Türkiyənin münasibəti.- "Tarix və Ardı »

Azərbaycan tarixçiləriCəfər Cəfərov (tarixçi)

Həyatı[redaktə]
1960-cı ildə anadan olmuşdur.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini və onun aspiranturasını bitirmiş, 1987-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Bakı Dövlət Universitetində əmək fəaliyyətinə başlamışdır.

1987-1994-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük laborant, “Azərbaycan tarixi” kafedrasının müəllimi, baş müəllimi, dosenti, 1990-1994-cü illərdə BDU-da Tarix üzrə ixtisaslaşmış doktorluq şurasının elmi katibi, 1992-1994-cü illərdə Tarix fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.

1994-1998-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə İş üzrə Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.

1998-2003-cü illərdə BMT İnkişaf Proqramı və Azərbaycan hökümətinin “Azərbaycanda QHT/İƏT-lərin institusional potensialının artırılması ilə Vətəndaş Cəmiyyətinin gücləndirilməsi” birgə layihəsinin milli koordinatoru olmuşdur.

2003-2004-cü illərdə Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) direktoru Ardı »

Azərbaycan tarixçiləriZelik Yampolski

Həyatı[redaktə]
Zelik İosifoviç Yampolski 1911-ci ildə anadan olmuşdu. Moskvada Tarix, fəlsəfə və ədəbiyyat institutunu bitirəndən sonra AMEA-nın tarix institutunda çalışmışdı. O, Azərbaycana aid 100-dən artıq işlərin müəllifi idi.

Zelik Yampolski 1981-ci ildə vəfat edib.

Yaradıcılığı[redaktə]
Görkəmli tarixçi,Qafqaz Albaniyasının ilk tədqiqatçılarından biri mərhum Z.İ.Yampolski yurdumuzun tarixinin araşdırılmasında böyük xidmətləri olmuşdur.O,antik və ilk orta əsr yazılı qaynaqlara əsaslanaraq Albaniyanın ictimai-iqtisadi quruluşunu,ərazisini,etnik tərkibini ilk dəfə olaraq tədqiq etmişdir.Yampolski digər bir əsərində də ilk dəfə olaraq Azərbaycan tarixşünaslığında Zaqafqaziya ərazisindən Kaspi dənizi,Kür və Rioni çayı vasitəsi ilə Qara dənizə gedən beynəlxalq ipək yolunun,su-quru ticarət yolunun olmasını hərtərəfli tədqiq etmişdir.O,həm dəqədim yazılı qaynaqlara,arxeoloji və etnoqrafik materiallara,məlumatlara əsaslanaraq Qafqaz Albaniyası çoxsaylı Ardı »

Azərbaycan tarixçiləriCavanşir Vəkilov

Vəkilov Cavanşir Mehdixan oğlu — diplomat, pedaqoq, tarix elmləri namizədi (1988), görkəmli ictimai-siyasi xadim, tarixçi, yazıçı, pedaqoq Mehdixan Vəkilovun oğlu.
Həyatı[redaktə]
Cavanşir Vəkilov 1951-ci il fevralın 7-də Bakıda ziyalı ailəsində anadan olmuşdur.

1967-ci ildə 190 nömrəli orta məktəbi bitirmişdir. 1967-1972-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1972-ci ilin avqust ayından 1975-ci ilin sentyabrına kimi Əfqanıstanda, 1978-ci ilin oktyabr ayından 1979-cu ilin noyabr ayına kimi İranda tərcüməçi işləmiş, hər iki ölkədə antimonarxist inqilabların şahidi olmuşdur.

1975-ci ilin axırlarında bir neçə ay ərzində Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar fondu, 1976-1992-ci illərdə Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş laborantdan baş elmi Ardı »

Azərbaycan tarixçiləriMusa Qasımlı

Qasımlı Musa Cəfər oğlu — görkəmli Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Məclisi nin IV çağırış deputatı. AMEA Dünya Siyasəti İnstitutunun direktoru (2014-cü ildən).
1957-ci il oktyabrın 28-də anadan olmuşdur. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universiteti nin tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspiranturasında oxumuşdur. 1986-cı ildə namizədlik, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Ölkədə ən gənc tarix elmləri doktoru olmuşdur. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin Ardı »

Azərbaycan tarixçiləriAləm Nuriyev

Nuriyev Aləm Bayram oğlu — tarix elmləri doktoru, professor, arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilk orta əsrlər Azərbaycan arxeologiyası şöbəsinin müdiri.

Həyatı[redaktə]
Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984-1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzar daşı abidəsi aşkar etmişdir.

Əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulus, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi Ardı »

Azərbaycan tarixçiləriSeyidağa Axundzadə

Həyatı[redaktə]
Seyidağa Mir Hüseyn oğlu Axundzadə 1887-ci ildə Maştağada ruhani ailəsində anadan olub, açıqfikirli və mütərəqqi ziyalılardan idi. Atası Axund Mir Hüseyn (1852-1924) İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, islami elmlərlə yanaşı tarix, coğrafiya və tibb sahəsinə dair biliklərə dərindən yiyələnmişdir. Axund Mir Hüseyn xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq edirdi. Deyilənə görə Hacı, Axund Mir Hüseynin biliyini və istedadını yüksək qiymətləndirib ona at və fayton bağışlamışdı. Seyidağa atasının Hacı ilə dostluq münasibətlərindən faydalanaraq Tağıyevin "Kaspi" mətbəəsində mürəttib vəzifəsinə işə düzəlmişdi. O sürətlə və qüsursuz yığıcılıq peşəsinə yiyələnməklə yanaşı mətbuatda məqalələr ilə çıxış edirdi. "Kaspi" mətbəəsi Bakının indiki Sabir adına Ardı »