Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixçiləriCavanşir Vəkilov - Xaricdə və Azərbaycanda fəaliyyəti

Azərbaycan istiqlalına qovuşduqdan sonra 1992-ci ilin mart ayında diplomatiya sahəsinə keçmiş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ikinci və birinci katib, 1 may 1995-ci ildən 5 noyabr 1998-ci ilə qədər Azərbaycan Respublikasının Tehrandakı səfirliyində 2-ci katib vəzifəsində çalışmışdır.

Ankara (1993), Tehran (1994, nümayəndə heyətini rəhbəri) və Qahirədə (2002, nümayəndə heyətini rəhbəri) keçirilən Diplomatik Kurslarda iştirak etmişdir.

1993-1995-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran nümayəndə heyətləri ilə danışıqlarında fars dili tərcüməçisi kimi iştirak etmiş, Prezidentin Tehran (1994, 2000, 2002), Aşqabad (1994), Məşhəd (1996) səfərlərində Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur.

Onun Azərbaycanın Sloveniya ilə diplomatik münasibətlərinin qurulmasında xidmətləri vardır.

1997-ci ilin əvvəlində Tehran, Təbriz, Zəncan və Ərdəbilin Ardı »

Azərbaycan tarixçiləriBəxtiyar Tuncay

Həyatı[redaktə]
Bəxtiyar Tuncay (Şahverdiyev Bəxtiyar Adil oğlu) 1960-cı il noyabrın 2-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini rejissorluq ixtisası üzrə bitirib. Hazırda AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsində elmi işçidir.

Yaradıcılığı[redaktə]
Qədim və orta əsrlər Azərbaycan tarixi və mədəniyyətinin, həmçinin ümumtürk tarixi və mədəniyyətinin tədqiqatçılarındandır. Qafqaz albanlarına məxsus türkcə yazılı mənbələri üzə çıxarmiş, alban türkcəsinin lüğətini tərtib etmişdir. Tarix, mədəniyyət və ideoloji mövzuda çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. Azərbaycan tarixi mövzusunda film ssenariləri yazmışdır.

İctimai-siyasi fəaliyyəti[redaktə]
1980-ci illərin axırlarında Azərbaycanda milli azadlıq ideyası ilə fəaliyyət göstərmiş "Çənlibel" təşkilatının yaradıcılarından və bu dövrdə formalaşmış milli azadlıq hərəkatının aparıcı şəxslərindən olmuşdur.

Kitabları[redaktə]
XXI əsrin perspektivləri: Azərbaycandan Ardı »

Azərbaycan tarixçiləriCəfər İbrahimov

Həyatı[redaktə]
Cəfər Məmməd oğlu İbrahimov 15 iyun 1904-cü ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuşdur.

Cəfər İbrahimov 1939-1940 illərdə müəllim işləmişdir. O, 1941-1943 illərdə Bakı şəhəri, Çaparidze rayon partiya komitəsində şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. Cəfər İbrahimov 1943-1977 illərdə Azərbaycan Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Tarix fakültəsinin dekanı, SSRİ tarixi kafedrasının müdiri olmuşdur.

Cəfər İbrahimova 1972-ci ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adı verilmişdir.

Cəfər İbrahimov 2 mart 1977-ci ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti[redaktə]
Cəfər İbrahimov orta əsrlər dövrü tarixinin tədqiqatçılarından idi. O, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövləti haqqında bir sıra qiymətli tədqiqat əsərlərinin müəllifidir.

Əsas elmi əsərləri[redaktə]
Qaraqoyunlu dövləti. Bakı, 1948.
Azərbaycanın XV Ardı »

Azərbaycan tarixçiləriMirzə Camal Cavanşir Qarabaği

Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir-Tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası.
Həyatı[redaktə]
Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdu. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdi. (1) Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşi məlumatı vardı." (2) Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar.

1797-cı Ardı »

Azərbaycan tarixçiləriKərim Şükürov

Kərim Kərəm oğlu Şükürov – Azərbaycan tarixçisi, professor, tarix elmləri doktoru, AMEA-nın Elmi Şurasının üzvü, A. A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Azərbaycan Turizm İnstitutunun professorudur.
Həyatı[redaktə]
1956–cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. 1962–ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinfinə gedib, 1972–ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Tarix Fakültəsinə daxil olub. 1977–ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 1977 – 1980–ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib.

1980–ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan Ardı »

Azərbaycan tarixçiləriTofiq Mustafazadə - Məqalələri

Из истории усиления русской ориентации в Азербайджане (начало 20-х годов XVIII в.) //Azərbaycan SSR Elmlər Akademiyası Xəbərləri. Tarix, Fəlsəfə və Hüquq seriyası, 1977, № 4, s. 66-72.
Azərbaycanın Xəzərsahili əyalətlərinin Rusiya tərkibinə ilkin daxil olmasına dair //Tarix, ictimaiyyət və coğrafiyanın tədrisi. «Azərbaycan məktəbi» jurnalına əlavə, 1978, № 1, s.67-72.
К вопросу об усилении русской ориентации в Азербайджане (20-е - начало 30-х годов XVIII в. //Azərbaycan SSR Elmlər Akademiyası Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası, 1978, №2, s. 32-38.
Архивные материалы по азербайджано-русским отношениям (в 30-х годах XVIII в.) //Azərbaycan SSR Elmlər Akademiyası Məruzələri. 1978, s. 76-77.
Krım xanlığı //Azərbaycan Sovet Ensiklopediyası, V cild, Bakı, 1981, Ardı »

Azərbaycan tarixçiləriCəmil Həsənli

Cəmil Həsənli (tam adı:Cəmil Poladxan oğlu Həsənli; 15 yanvar 1952, Ağalıkənd, Biləsuvar, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı tarixçi; alim; ictimai-siyasi xadim; tarix elmləri doktoru (1992); Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009); Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvlərindən biri (2013); Azərbaycan Respublikasının əməkdar müəllimi (2009); Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993); Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Demokratik Qüvvələrin Milli Şurasının sədri və lideri.
Həyatı[redaktə]
Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur.

Təhsili[redaktə]
1960-1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır.

1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix Ardı »

Azərbaycan tarixçiləriNisbət Mehdiyeva

Mehdiyeva Nisbət Canməmməd qızı — tarixçi, tarix elmləri doktoru (1991), professor (1994).

Həyatı[redaktə]
Nisbət Mehdiyeva 1937-ci il yanvarın 1-də Azərbaycanda Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. Burada kənd məktəbini bitirdikdən sonra Azərbaycan Döviət Universitetinin tarix fakültəsində təhsil almışdır (1955-1960). Azərbaycan EA-nın Tarix İnstitutunda baş laborant, elmi işçi, ADU-da aspirant (1963-1967), Azərbaycan Dövlət Tibb İnstitutunun Sov.İKP tarixi kafedrasında müəllim və baş müəllim (1967-1973), BDU-nun SSRİ tarixi kafedrasında dosent (1973-1991), BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi (1991-1994) vəzifələrində olmuşdur. Hazırda kafedranın professorudur (1994-cü ildən). "Azərbaycan Həmkarlar İttifaqının partiyanın rəhbərliyi altında neft sənayesinin bərpası uğrunda mübarizəsi (1921-1925-ci illər)" mövzusunda namizədlik dissertasiyası (1968), "Azərbaycan Ardı »