Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan tarixçiləriArif İbrahimli

Arif İbrahimli — Azərbaycan Respublikası Təhsil Şurasının İcra Aparatının rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi (doktorant), şair.

Həyatı[redaktə]
İbrahimov Arif 2 avqust 1978-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub. 1984-cü ildə Mişni kənd orta məktəbində 1-ci sinifə getmiş, 1995-ci ildə Qaradağ rayonunda yerləşən 7 saylı Laçın şəhər orta məktəbini bitirib. 1998-2000 illərdə hərbi xidmətdə olmuşdur. 2002-ci ildə Bakı Dövlət Universitetinin tarix fakultəsinə qəbul olunmuşdur. 2006-2008 illərdə BDU-nin magistratura pilləsində təhsil almış, "XV əsr Azərbaycan tarixi (Əbubəkr Tehraninin "Kitabi Diyarbəkriyyə" əsəri üzrə) mövzusunda dissertasiya müdafiə etmiş və fərqlənmə diplomu ilə bu pilləni bitirmişdir.

Hal-hazırda BDU-nun tarix fakultəsinin Azərbaycan tarixi kafedrasının doktorantıdır. "Azərbaycanın Qazax, Borçalı və Ardı »

Azərbaycan tarixçiləriHəsənəli xan Qaradaği

Həyatı[redaktə]
Həsənəliağa Xan Qaradağskinin nəsli hələ Şah İsmayıl dövründə görkəmli yer tutmuş Ustaclı elinin Toxmaqlı oymağına bağlıdır. Onun ulu babalarından biri olan I İlyas xəlifə Ustaclı elinin tarixi vətəni sayılan Türkiyənin Sivas vilayətində anadan olub. Mir Möhsün Nəvvab yazır: "Onların əsli İran vilayəti Qaradağ mahalının nəciblərindəndir. 1804-cü ildə Qaradağdan gəlib Qarabağı özlərinə vətən ediblər. Əcdadı Səfəvi padşahlarının hüzurunda xəlifələr xəlifəsi mənsəbində olub".

Məlumdur ki, 1500-cü ildə I İlyas xəlifə başçılıq etdiyi Toxmaqlı oymağı ilə hələ şahlıq taxtına əyləşməmiş İsmayıla qoşulmuş və elliklə Cənubi Azərbaycana, Qaradağa köçmüşdür. I İlyas xəlifə Səfəvilər dövlətinin qurucularından biri hesab olunur. O, I Şah İsmayılın vəfatından (1524) sonra I Ardı »

Azərbaycan tarixçiləriMəmmədəli Şərifli

Məmmədəli Xəlil oğlu Şərifli (20 mart 1909-5 oktyabr 1969)—Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor.
Həyatı[redaktə]
Məmmədəli Xəlil oğlu 1909-cu il martın 20-də anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycanın bir çox rayonlarında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmiş, maarif sahəsində çalışmışdır. 1931-ci ildə Azərbaycan Ali Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuş, 1935-ci ildə təhsilini başa vurmuşdur. 1936-cı ildən ömrünün sonunadək AEA-nın Tarix İnstitutunda çalışmış, 1943-1952-ci illərdə həmin İnstitutun direktor müavini olmuş və direktor vəzifəsini icra etmişdir. 1944-cü ildə namizədlik, 1965-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir.

M.X.Şərifli Azərbaycanın orta əsrlər tarixinə dair bir neçə monoqrafiya və 150 elmi məqalənin müəllifidir. O, Azərbaycanın IX-XI əsrlər tarixinin ilk Ardı »

Azərbaycan tarixçiləriİradə Bağırova

İradə Səid qızı Bağırova — Azərbaycan alimi, tarix üzrə elmlər doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Qafqaz tarixi" şöbəsinin müdiri.
Həyatı[redaktə]
İradə Səid qızı Bağırova 1956-cı il fevralın 12-də Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə əla oxuduğu ilə əlaqədar M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin üçüncü kursuna qəbul olunmuşdur. 1979-cu ildə MDU-ni bitirdikdən sonra Azərbaycan Respublikası Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutuna təyinat almışdır və həmin İnstitutda baş laborant vəzifəsində çalışmağa başlamışdır. 1982-ci ildən 1985-ci ilədək Tarix İnstitutunun aspiranturasında (əyani şöbəsində) oxuyub. 1979-cu ildən 2004-cü ilədək baş laborantdan aparıcı elmi işçi və şöbə Ardı »

Azərbaycan tarixçiləriOqtay Əfəndiyev - Əsərləri, təltif və mükafatları

Əsərləri[redaktə]
XVI əsrin əvvəllərində Azərbaycan Səfəvilər dövlətinin yaranması (rusca), Bakı, 1961.
Ze Role de Tribus de Za Zangue Turque dan Za Creation de Z'Etat Safavi de "Turcica", t.VI, Paris-Strasbourg, 1975.
Фазлуллах Ибн Рузбихан Хунджи. Тарих-и алам-арайи Амини, Баку, 1987.
The Nomads and The Settled Population of the Middle East in the Past-Mongolian Period. Central Asian Survey, vol.12, №4, Madison,1993.
Azərbaycan Səfəvilər dövləti XVI əsrdə, Bakı, 1981 (rusca); Bakı, 1993 və 2007 (azərbaycanca).
Oruc bəy Bayatın – İranlı Don Juanın kitabı, (A.Fərzəliyevlə birlikdə), Bakı, 1988 (rusca).
Venesiyalılar Şah I Təhmasibin sarayında, Bakı, 2005(azərbaycanca və rusca).
Rusiya və Avropa Oruc bəy Bayatın – İranlı Don Juanın gözü ilə (A.Fərzəliyevlə birlikdə), Sankt-Peterburq, Ardı »

Azərbaycan tarixçiləriNərgiz Axundova

Axundova Nərgiz Çingiz qızı - AMEA-nın müxbir üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor.
Həyatı[redaktə]
Axundova Nərgiz Çingiz qızı 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin «ərəb dili» şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin ixtisasartırma fakültəsində ərəb dili müəllimi, 1983-1986-cı illərdə tarix fakültəsində əyani aspirant, 1986-2012-ci illərdə BDU-nun «Asiya və Afrika ölkələri tarixi» kafedrasında baş laborant, müəllim, dosent, professor vəzifəsində çalışıb. 2012-ci ilin oktyabr ayından AMEA A.M.Bakıxanov adına Tarix İnstitutunun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsində aparıcı elmi işçi Ardı »

Azərbaycan tarixçiləriAxund Mir Məhəmməd Kərim Mircəfərzadə

Axund Mir Məhəmməd Kərim Mircəfərzadə — tarixçi, Bakı qazisi (1904-1918) və Bakı quberniyasında (1907-1916) məclis sədri. Bakı quberniyasının baş qazisi və Bakı Müsəlman Şiə Ruhani İdarəsinin sədri.
Həyatı[redaktə]
14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Mircəfərzadənin həbsi üçün həmin gün order yazılır. Həmin gün də XDİK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir. Rüpresya qurbanı olmuş 2.3.1938

Əsərləri[redaktə]
" Səlib müharibəsi" 2 cild 1913(1331) hicri. - 462 s Ardı »

Azərbaycan tarixçiləriİradə Bağırova - Kitabları, məqalələri

Kitabları[redaktə]
Политические партии и организации Азербайджана в начале XX века (1900-1917). – monoqrafiya. Bakı, 1997
XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda liberal cərəyanın inkişafı. – monoqrafiya.
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). – Kollektiv monoqrafiya. Bakı, 1998.
Azərbaycan tarixi. 7 cilddə. – Kollektiv monoqrafiyanın IV və V cildlərinin müəllifi və redaksiya heyətinin üzvü. Bakı, 2001.
“Azərbaycan Xalq Cümhuriyyəti” ensiklopediyası. – Siyasi partiyalara və xadimlərə həsr olunmuş mətnlərin müəllifidir. Bakı, 2004.
“Naxçıvan tarixi» kollektiv monoqrafiya üzrə «Naxçıvanda XX əsrin əvvəllərində siyasi hərəkatın başlanması» adlı hissənin müəllifi – çapa verilib.
Azərbaycan Milli Ensiklopediyası. – «Azərbaycan XX əsrin əvvəllərində» adlı hissə çapa təqdim edilmişdir.
Şimal-Qərbi Azərbaycan tarixi. – Kollektiv monoqrafiya. Bakı, Şərq-Qərb, Ardı »