Qərbi Azərbaycan → Ardanış - İqtisadiyyatı
1931-ci ildə Ardanış kəndində Ardanış kolxozu yaradıldı. Uzun illər boyu fərdi təsərrüfatla məşğul olan əhali öz əmlakının bir hissəsini (kotan, cüt və öküz, yem, ot və s.) guya könüllü şəkildə kolxoza verərək bu kollektiv təsərrüfata üzv yazılmaq məcburiyyətində qaldı. Kolxoz təsərrüfatının mənfi və müsbət cəhətləri var idi. Kolxoz əvvəllər kasıb və ya fərdi təsərrüfatı olmayan şəxslərə sərf edirdisə, böyük fərdi təsərrüfata malik olanlara isə sərf etmirdi. Üstün cəhətlərdən biri də o idi ki, kolxoz dövründə yeni məşğulluq sahələri yaradıldı və təsərrüfatın digər istiqamətləri (bağçılıq, arıçılıq, quşçuluq, tütünçülük və s. sahələr) inkişaf etdirildi. Tütünçülük və quşçuluq (toyuq fermaları) XX əsrin 40-cı illərindən, Ardı »