Qərbi Azərbaycan → Müseyib Axundov
Müseyib Axundov — tanınmış ziyalı, ictimai xadim.
Axundov Müseyib Hüseyinqulu oğlu 1886-cı ildə Zəngəzur mahalının (indiki Laçın rayonu) Minkənd kəndində doğulmuşdur. Təhsilinə XIX əsrin sonlarında Çar Rusiyası tərəfindən açılmış üç illik ilk təhsil məktəbində başlamışdır. Şimal Azərbaycanda Sovet hğkumətinin qurulmasından sonra 1920-ci illərdə müxtəlif vəzifələrdə işləmişdir. 1930-cu illərdə Şuşa pedaqoji texnikumunda hissə başçısı olaraq çalışmışdır. Bu dövrdə Minkənd və ətraf kəndlərdə gənclərin təhsil almasında köməklik göstərmişdir. Ədəbiyyatla yaxından əlaqədar olan Müseyib Axundovun, dövlət nəşriyyatı AzərNəşr tərəfindən 1936-cı ildə "Aprel meyvələri" adlı şeir kitabı çap edilmişdir.
Müseyib Axundov sonralar Minkənd kəndində Rus dili müəllimi olaraq təhsil fəaliyyətini davam etdirmişdir. 1960-cı ildə Laçın rayonundan Azərbaycan Ardı »