Qərbi Azərbaycan → Rufik İsmayılov
Həyatı[redaktə]
Rufik Afis oğlu İsmayılov 25 iyun 1982-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalında - Vardenis rayonunun Nərimanlı kəndində anadan olub. 1988-ci ildə erməni qəsbkarlarının yürütdüyü təcavüzkar siyasət nəticəsində öz el-obasından deportasiya edilib. Həmin tarixdən etibarən Bakı şəhərində məskunlaşıb.
1998-ci ildə Bakı şəhəri Nəsimi rayonu Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbi bitirib. 1999-cu ildə Müstəqil Azərbaycan Universitetinin (MAU) “Humanitar elmlər fakültəsi”nin Jurnalistika ixtisasına qəbul olub. 2003-cü ildə ali təhsilini başa vurub.
2005-ci ildə Naxçıvan Dövlət Universitetinin (NDU) “Mətbuat tarixi” istiqaməti üzrə magistraturasına qəbul olub. 2007-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.
12.07.2007-01.07.2008-ci illərdə Gəncə və Bakı şəhərlərində həqiqi hərbi xidmətdə Ardı »