Qərbi Azərbaycan → Rəhim Zeynalov
Həyatı[redaktə]
Rəhim Abutalıb oğlu Zeynalov 1937-ci il mayın 20-də Qərbi Azərbaycanın Noyemberyan (Barana) rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. O, orta məktəbdə əlaçı oxumaqla öz nümunəvi davranışı, qayğıkeşliyi, yoldaşlarına səmimi münasıbəti və fəallığı ilə seçilirdi.
R.A.Zeynalov 1959-cu ildə ADU-nun mexanika-riyaziyyat fakultəsini riyaziyyat ixtisası üzrə bitirdikdən sonra Azərbaycan EA Astrofizika Sektoruna (1960-cı ildən Şamaxı Astrofizika Rəsədxanası) işə göndərilmişdir. Həmin ildən "Günəş sisteminin kiçik cismləri" şöbəsində kiçik elmi işçi kimi elmi fəaliyyətə başlamış və rəsədxana tikintisi üçün seçilmiş ərazinin astroiqliminin öyrənilməsində aktivlik göstərmişdir. O, eyni zamanda keçmiş SSRİ-də istehsal olunmuş 6 metrlik teleskopun qurulmasına yer seçmək üçün SSRİ EA Baş (Pulkovo) Astronomiya Rəsədxanasının 1960-1961-ci illərdə Ardı »