Qərbi Azərbaycan → Məsimli
Məsimli — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli (Artaşat) rayonu ərazisində kənd.
Tarixi[redaktə]
İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. "İrəvan əyalətinin icmal dəftəri"ndə Məsumlu formasında qeyd edilmişdir.
Toponim məsimli nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 01.12.1949-cu il fərmanı ilə adı dəyişdirilərək Aykepat qoyulmuşdur.
Ermənilər bu kəndə XX əsrin əvvəllərində İranın Xoy və Salmast rayonlarından köçürülmüşlər. Həyat şəraiti ildən-ilə pisləşən azərbaycanlılar 1940-cı ildə Azərbaycan SSR-ə deportasiya edilmişlər.
Coğrafiyası və iqlimi[redaktə]
İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 2 km şərqdə yerləşir.
Əhalisi[redaktə]
Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 360 nəfər, 1886-cı ildə 357 nəfər, Ardı »