Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanAşıq Niftalı

Həyatı[redaktə]
Niftalı Kərbəlayı İsmayıl oğlu Süleymanov 1911-ci ildə Göyçənin Ardanış kəndində anadan olub.

Atası Kərbəlayı İsmayıl, əmisi Məhəmməd aşıq olmasalar da, sənətə yüksək qiymət verər, sənətkara sonsuz hörmət bəsləyərmişlər. Belə bir mühitdə böyüyən Niftalı da meylini saza-sözə salır. Oğlunun bu həvəsini görən Kərbəlayı İsmayıl Niftalını Qızılvəng kəndində yaşayan, dövrünün tanınmış sənətkarı Aşıq Quluya şəyirdliyə verir.

Ərəb-fars dillərini mükəmməl bilən Niftalı beş il Aşıq Qulunun yanında şəyirdlik edir, fitri istedadı, qabiliyyəti, güclü hafizəsi sayəsində tezliklə saz-söz sənətinin sirlərinə bələd olur, səsi, ifası ilə tanınır, məşhurlaşır.

Aşıq Niftalının şaqraq səsinin, gur zənguləsinin səsi-sorağı tezliklə Göyçədən Tovuz, Gədəbəy, Qazax, Borçalı mahalınacan yayılır. Ustad aşıq Qazaxıstana, Özbəkistana, İrana səfər Ardı »

Qərbi AzərbaycanZəhmət

Zəhmət - Qərbi Azərbaycanda azərbaycanlıların yaşamış olduğu kənd.

Haçaparaq (1935-ci ildən - Zəhmət)- İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. Rayon mərkəzindən 3 km şimal-qərbdə, Zəngi çayının sağ sahilində yerləşir. Zəngibasar rayonu təşkil edilənədək (14 yanvar 1969) Vağarşabad rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində kəndin tarixi adı Xacaparaq (415, s.82), Azərbaycan mənbələrində Xocəparak (243, s.98) kimi qeyd edilir.

1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə (143, s.36), Qafqazın 5 verstlik xəritəsində (348, s.263) qeyd edilmişdir.

Kənddə 1831-ci ildə 326 nəfər, 1873 - cü ildə 716 nəfər, 1886-cı ildə 753 nəfər, 1897-ci ildə 1059 nəfər, 1904 - cü ildə 992 nəfər, 1914 Ardı »

Qərbi AzərbaycanFaiq Şabanov

Həyatı[redaktə]
Faiq Şabanov 1963-cü ildə mart ayının 10-da Göyçə mahalının Qayabaşı kəndində anadan olub. Səkkizillik təhsilini doğma kəndində, orta təhsilini isə Qoşabulaq kəndində (1980) alıb.

1982-1984-cü illərdə Novosibirsk şəhərində əsgəri xidmətdə olub, tərxis olunduqdan sonra Belqorod şəhərində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb.

Sonralar ali milis məktəbini bitirən F.Şabanov tədricən bu sistemdə vəzifə pilləsində yüksəlib. Polis polkovniki F.Şabanov Zaqatala Rayon Polis Şöbəsinin rəisi işləmişdir.

10 noyabr 2011-ci ildə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub.

Faiq Şabanov 2 fevral 2013-cü ildə Daxili İşlər Nazirinin əmri ilə Gəncəyə polis rəisi vəzifəsinə təyin olunub.

Təltifləri[redaktə]
2009-cu il iyulun 1-də ictimai asayişin təmin Ardı »

Qərbi AzərbaycanYusif Aslanov

Aslanov Yusif Yusubəli oğlu — pedaqoji elmlər namizədi (1987).

Həyatı[redaktə]
Yusif Aslanov 1958-ci ildə Zəngəzur mahalının Qafan bölgəsinin Daşbaşı kəndində anadan olmuşdur. 1978-ci ildə ADPU-nun (keçmiş V.İ.Lenin adına APİ) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Qafan bölgəsinin Gığı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 1987-ci ildə təhsil aldığı institutun aspiranturasını bitirmiş və həmin ildə "Azərbaycan ümumtəhsil məktəblərində dramatik əsərlərin öyrədilməsi sistemi" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Yerli Sənaye Texnoloji texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildən Sumqayıt Dövlət Universitetində işləyir və hazırda həmin universitetin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiridir. Ardı »

Qərbi AzərbaycanLəmbəli (Loru)

Ləmbəli — Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir.
Tarixi[redaktə]
Bu yer “Ermənistan”ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü yerdir.

Erməni mənbələrində «Ləmbəli qyuğ» formasında qeyd edilir.

Toponim «rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili» mənasında işlənən ləm və «düzənlik, açıqlıq, açıq yer», «geniş düzənlik» mənasında işlənən pila//pala (> bəli) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir.

İqlimi[redaktə]
Qışı mülayim-orta temperaturu +50 C, yayı nisbətən isti –orta temperaturu +300C-dir.

Əhalisi[redaktə]
Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914–cü ildə 493 Ardı »

Qərbi AzərbaycanQızılgül kəndi

Tarixi[redaktə]
Ayısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır. Kəndin adı IX əsrdən xatırlanır.

Kənddə 1873-cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904-cü ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 181 nəfər, 1931-ci ildə 288 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ildə Ardı »

Qərbi AzərbaycanƏylənli

Əylənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.8). Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir (415, s.34).
Əhalisi[redaktə]
Kənddə 1873 - cü ildə 196 nəfər, 1886-cı ildə 236 nəfər, 1897-ci ildə 308 nəfər, 1904 - cü ildə 215 nəfər, 1914 - cü ildə 228 nəfər, 1916-cı ildə 315 nəfər (415, s.34-35, 116-117), 1918-ci ilin yanvarında 300 nəfər (309, s.220) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur (309, s.220) və Ardı »

Qərbi AzərbaycanFirudin Nəbiyev

Firudin Nəbiyev — Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri.

Həyatı[redaktə]
Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə Ermənistan SSR-in Dərələyəz mahalında anadan olmuşdur. 1988-ci ildə İvanov şəhər Kimya Texnologiya İnstitutunu, 2009-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1988-ci ilin avqust ayından Azərbaycan Respublikasının Yüngül Sənaye Nazirliyinin müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır.

24 sentyabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2003-cü il tarixli, 1286 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat İdarəsinin rəisi vəzifəsinə təyin Ardı »