Maraqlı melumatlar → Aramlıq Yalnız Allahı Düşünməklə Yaranır
Aramlıq Yalnız Allahı Düşünməklə Yaranır
İnsanın bu dünyadakı həyatı iztirablar və həyəcanlarla ötüşür. Hətta bə`zi insansevən məktəblər iztirab və həyəcanı insan həyatı və insan vücudunun qurucu amili, başqa sözlə, insanın təkamül fəsli hesab edirlər. Onlar deyirlər: İnsanın insan olması iztirab və həyəcan keçirməsi ilə bağlıdır. Əlbəttə, bu nəzərdə çox ifrata varılır və həqiqətin bir hissəsi göstərilir. İnsanlar adətən müxtəlif səbəblərdən iztirab və həyəcan keçirir, həmişə gələcəkdən ötrü nigaran olurlar. Bu hal bir tərəfdən faydalıdır və insanda müsbət tə`sirlər qoya bilər. Lakin ümumilikdə bəyənilmiş hal hesab olunmur. İnsan fitrətən sakitlik tələbindədir. Əgər az-çox nigarançılığı vardırsa, daha üstün sakitliklə bu nigarançılıq aradan qaldırılmalı, insan Ardı »