Maraqlı melumatlar → Qünutda Hansı Duaları Oxumaq Məsləhətdir
Namaz əməllərinin içində xüsusi yerlərdən birini qünut tutur. “Qünut” sözü ərəb dilindən tərcümədə tabeçilik, mütilik mənasını verir.
Qurani-kərimdə bir neçə ayədə bu kökdən olan sözlər işlənir ki, bunlarda həm mələklər, həm də mömin insanlar “qanit” (müti, itaətkar) adı altında təsvir edilirlər.
Islam şəriətində isə qünut – namaz zamanı qiyam halında, yəni ayaq üstə durmuş halda əlləri cütləyib sifətin bərabərində tutaraq dua etməyə deyilir. Özü də bu zaman ovucları səmaya doğru olmaqla üfüqi vəziyyətdə tutmaq, baş barmaqları çıxmaq şərtilə qalan barmaqları bir-birinə sıxmaq və ovucun içinə baxmaq müstəhəb sayılır.
Bəri başdan qeyd edək ki, şiə və sünni məzhəblərinin namaz hökmlərində qünutun yeri fərqlidir. Ardı »