Maraqlı melumatlar → Allahın məhəbbəti insanların məhəbbəti kimidirmi?
Məhəbbətə ehtiyac duymaq
Bəşər cəmiyyəti məhəbbətə ehtiyaclıdır. Məhəbbət insanın ruhi və psixi duyğularının və ehtiyaclarının əsasını təşkil edir. Əgər insanın bu ehtiyacı tə`min olunmazsa, həyəcan və iztiraba düşər. Məhəbbətin az olması, yaxud olmaması insanın ruhunda mənfi tə`sir qoyub, acınacaqlı nəticələr yaradır və onların bir-birilə əlaqələrini qırır.
Məhəbbət qaranlığa qalib gələn işıqlı çıraq və dərin duyğudur. İnsanlar tarix boyu ona nail olmaq yollarını axtarmışlar. Məhəbbət yüksəkliklərə ucalmaq, istənilən kamilliklərə çatmaq yoludur. Buna görə də, sevmək, məhəbbət bəsləmək bəşər cəmiyyəti üçün ən dərin ehtiyac olmuşdur. İnsan hələ də ona möhtacdır.
Məhəbbətin səbəbləri
Məhəbbət üçün müəyyən səbəblər göstərilir. Ən əhəmiyyətli amil insanın özü-özünü (nəfsini) sevməsidir. Hər bir Ardı »