Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarAllah Onları Belə Yaratdı..

Bir vaxt Allah-təala iradə etdi ki, Adəm ələyhissəlamı yaratsın. Cəbrailə əmr etdi ki, Yerə nazil ol və Adəmin bədəni hazırlamaq üçün torpaq gətir. İblis ondan qabaq gəlib Yerə dedi ki, Allah-təala istəyir ki, sənin torpağından bir məxluq yaratsın, sonra Cəhənnəmdə ona odla əzab versin. Odur ki, Cəbrail torpaq üçün gəldikdə Yer dedi: Pənah aparıram Pərvərdigara ki, məndən bir məxluq yaradıb, sonra ona odla əzab versin?! Cəbrail qayıdıb ərz elədi ki, Pərvərdigara, Yer Sənə pənah aparıb torpaq vermk istəmədi, mən də ona rəhm elədim.

Allah-təala Mikaili, sonra da İsrafili (mələkləri) Yerə nazil edib, Yerdən həmin sözləri eşitdikdə ona rəhm edib qayıtdılar. Sonra Allah-təala Ardı »

Maraqlı melumatlarDünyanın 10 ən böyük məscidi

1. Məscidül-Həram
Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Məscidül-Həram dünyanın ən böyük məscid kompleksidir. İslam dünyasının əsas müqəddəs yeri və müsəlmanların qibləgahı sayılan Kəbə burada yerləşir. Kəbə ətrafında ilk məscid 638-ci ildə tikilib. Əl-Haram məscidinin ümumi sahəsi 357 min kvadratmetrdir. Məscidin hündürlüyü 95 metrə çatan 9 minarəsi var. 4 əsas qapıdan əlavə, məscidə 44 girişdən daxil olmaq mümkündür. Binada 7 eskalator, 500 mərmər sütun var. Kompleksdə eyni anda 850-900 min nəfər namaq qıla bilir. Lakin Həcc mövsümündə zəvvarların sayı göstərilən rəqəmi qat-qat üstələyir. Bəzi mənbələrə əsasən onların sayı 4 milyona çatır.

2. Məscidün-Nəbəvi
Dünyada ikinci böyük məscid Mədinə şəhərindəki Məscidül-Nəbəvidir. 622–ci Ardı »

Maraqlı melumatlarZənn edirsinizmi ki?

Zənn edirsinizmi ki?

Zənn edirsinizmi ki Yaqub üçün Yusuf yalnız bir övlad idi…

Zənn edirsinizmi ki Məcnun üçün Leyli yalnız bir sevgili idi…

Zənn edirsinizmi ki Bülbül üçün Gül yalnız bir çiçək idi…

Əgər yalnız Yaqub üçün övlad.. Məcnun üçün sevgili.. Bülbül üçün çiçək olsaydı məna

Nə Yusif üçün gözlər kor edilərdi… və gələnə qədər dünyaya küsülərdi..

Nə Leyli üçün çöllərə düşülər ölümü ilə ölünürdü...

Zənn edirsinizmi ki?

Nə də Gül üçün o qədər tikanına baxmayaraq gözyaşı tökülər və hələ üzərinə qoyulub qoxusu iyləniyərdi…

Bunu anlamaq üçün Yaqub olmaq lazım... yalnız Yaqub olmaq deyil Yusif kimi övlad sahibi olmaq lazım… bu da çatmaz.. ən əhəmiyyətlisi yaqub kimi sevmək lazım.. və Ardı »

Maraqlı melumatlarMüsəlman ehtiyac içində qardaş və bacılara necə kömək edə bilər?

Sual- Dünyada başlarına bəla, müsibət gələn qardaş və bacılara qarşı müsəlmanın vəzifələri necə olmalıdır?

Cavab- Həmd Allaha məxsusdur.

Allah təala buyurur: “Həqiqətən, möminlər (dində) qardaşdırlar”. (əl-Hucurat 49:10)

Allah təala onları vəsf edir: “...(möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. (əl-Fəth 48:29)

Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Möminin iman əhlinə qarşı münasibəti başın bədənə olan münasibəti kimidir. Bədən başın ağrısını duyduğu kimi, mömin də iman əhlinin ağrılarını duyur”. (İmam Əhməd rəvayət etmişdir)

İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demək olar ki, möminin öz mömin qardaş və bacılarına hansı yollarla kömək göstərəcəyini cəm etmişdir:

Mömin (qardaş və bacıya) kömək etmək üçün Ardı »

Maraqlı melumatlarİSLAM QADINA NƏ VERMİŞDİR?

«… Doğrudanmı o yenə öz əllərilə öz qızını qətlə yetirəcəkdir? Doğrudanmı onun bu günahsız körpəyə əli qalxacaqdır?…». Artıq bir neçə il idi ki, yaxınları bu bədəvi ərəbdən qızının mövcudluğunu gizlədirdilər. O zaman uşaq dünyaya gələndə, bədəvini inandırmışdılar ki, körpə ölü doğulmuşdur. Üstündən 6 il keçmiş o, bu həqiqəti bilmişdir. Və cahiliyyət ənənələrinə sadiq olaraq, o canı canından, qanı qanından olan balasını, yalnız qız uşağı olması səbəbindən diri-diri torpağa basdırmaq qərarına gəlmişdir. O, bir anlıq da olsun, tərəddüd etmədi. Artıq dördüncü dəfə idi ki, bu bədəvi öz əli ilə balasını torpağa gömürdü. Öncəki üç qızı kimi. «Düzdür, - deyə o fikirləşirdi, - Ardı »

Maraqlı melumatlarƏBU SUFYAN –radıyallahu anhu– nun HERAKLLA GÖRÜŞÜ

6.«Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz ona (Allaha) təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar». (Ali-İmran 83). «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq (Allaha təslim olanlarıq)». (Ali-İmran 64).İbn Abbas – radyallahu anhu – deyir ki, Əbu Sufyan(Əbu Sufyan b. Hərb – radyallahu anhu – 630-cu ilə Ardı »

Maraqlı melumatlarKahinlərin yanına getməyin və xətt haqda

Muaviyə ibn əl-Həkəm (r.a) belə rəvayət edir: “Bir dəfə mən Peyğəmbərlə (s.a.v) namaz qılarkən camatdan bir kişi asqırdı. Mən ona:“Yarhəmuk Allah (Allah sənə rəhm etsin)” dedim. Camaat gözlərini mənə zillədi. Mən:”Vay olsun mənə, sizə nə olub ki, mənə belə baxırsınız?” dedikdə, onlar əllərini budlarına vurdular. Mən onların məni susdurmaq istəmələrinə qəzəbləndim, lakin susdum.Peyğəmbər atam, anam ona fəda olsun, ondan yaxşı öyrədən bir müəllim görmədim, mənə nə əziyyət verdi, nə döydü, nə də söydü. Namazı bitirdikdən sonra belə buyurdu: “Bu namazdır, onun içində insan danışan sözlərdən heç nə caiz deyildir. Onda yalnız təsbih (Sübhanallah), təkbir (Allahu Əkbər) və Quran oxumaq caizdir. Yaxud Ardı »

Maraqlı melumatlarAllahın məhəbbəti insanların məhəbbəti kimidirmi?

Məhəbbətə ehtiyac duymaq

Bəşər cəmiyyəti məhəbbətə ehtiyaclıdır. Məhəbbət insanın ruhi və psixi duyğularının və ehtiyaclarının əsasını təşkil edir. Əgər insanın bu ehtiyacı tə`min olunmazsa, həyəcan və iztiraba düşər. Məhəbbətin az olması, yaxud olmaması insanın ruhunda mənfi tə`sir qoyub, acınacaqlı nəticələr yaradır və onların bir-birilə əlaqələrini qırır.
Məhəbbət qaranlığa qalib gələn işıqlı çıraq və dərin duyğudur. İnsanlar tarix boyu ona nail olmaq yollarını axtarmışlar. Məhəbbət yüksəkliklərə ucalmaq, istənilən kamilliklərə çatmaq yoludur. Buna görə də, sevmək, məhəbbət bəsləmək bəşər cəmiyyəti üçün ən dərin ehtiyac olmuşdur. İnsan hələ də ona möhtacdır.

Məhəbbətin səbəbləri



Məhəbbət üçün müəyyən səbəblər göstərilir. Ən əhəmiyyətli amil insanın özü-özünü (nəfsini) sevməsidir. Hər bir Ardı »