Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarAllahım! Niyə mənə cavab vermirsən?

Az sonra hava tutuldu, göy gurultusu və şimşəklə birlikdə güclü yağış başladı. Lakin avam dinləmədi, yalvarmağa davam etdi: "Allahım! Səni görməyimə icazə ver!" O belə yalvararkən yağış sona çatmış və günəş bütün ehtişamıyla şəfəqlərini evlərə daşımağa başlamışdı. Lakin avam bu mənzərəyə fikir belə vermədi. Hər gün gördüyü bir şey deyilmiydi bu? Yalvarmağa davam etdi avam: "Mənə bir möcüzə göstər Allahım!" O belə yalvararkən yaxındakı evlərdən birindən yeni doğulmuş uşağın ağlayışları gəlirdi qulağa. Amma avam buna da fikir vermədi. Kədərdən ağladı avam: "Allahım! Cavab ver mənə! Burada olduğunu mənə bildir." O vaxt bir kəpənək avamın qoluna qondu. Amma avam o biri əliylə Ardı »

Maraqlı melumatlarErwin Uzerine Yukselme-istiva

O kainatı yeganə yaradıcısı və saxlayanıdır. Hər bir məxluq Onun təkliyinə,ilahiliyinə,rübubiliyinə və Onun ad və sifətlərinin təkliyinə şahidlik edir.
Onun mahiyyəti digər mahiyyətlərə bənzəmir. Onun tayı bərabəri yoxdur. O təkdir, yeganədir, vahiddir. O bütün işləri həll edəndəndir,Allah hər şeyi bacaran və hər şeyi biləndir. Onun elmi gizlin və aşkar hər şeyi əhatə edir. O Öz məxluqlarının bildiyindən daha böyükdür. O hər şeyi bilir , yerdə və göydə baş verən heç bir şey ondan gizlin deyil. Allah Alidir ,hər şeyin Rəbbidir və bütün işlər Onun sərəncamındadır. Onun rəhməti hər şeyi əhatə edir.
O ədalətsizlik və zülmkarlıqdan uzaqdır. O öz əməllərində müdrikdir və hər şey Ardı »

Maraqlı melumatlarİslama Görə Yemək Yeməyin Vacib Xüsusiyyətləri

İslam dini, Müsəlmanın gündəlik həyatının nizamlı bir şəkildə olmasını buyurur və bu xüsusiyyəti Qur`anİ Kərim və Hədisi Şəriflərlə açıqlamışdır.

Gündəlik yaşayış haqqında Peyğəmbər Əfəndimiz (s.a.s)dən rəvayət edilən Hədislərdən bir çoxu yemək ədəbinə aiddir. Rasulullah (s.a.s) hər işinə ALLAH Təalanın adını zikr edərək başlamağı sevərdi. Bu mübarək adətləri, yeməyə başlarkən də eyni idi. Yeməkdən əvvəl əllərini yumağı təxirə salmazdı, sağ əliylə və qarşısından yeyərdi. Başlayarkən "Bismilləh" və ya "Bismilləhir-rahmənir-rahim" deyərdi. Hz. Peyğəmbər (ə.s), yeməyə başlarkən bismillah deməyi unudan kimsənin "Bismilləhi evvelihi və axirihi" deməsini tövsiyə etmişdir.(Əbu Davud, III, 475).
Yemək ədəbi mövzusunda diqqət yetirilməsi lazım olan digər xüsusiyyətlər beləcə sıralana bilər:

1-Tikəni ağıza görə Ardı »

Maraqlı melumatlarHİCABLI XANIMLAR, DİQQƏTLİ OLUN!

Maşallah, son zamanlarda şəhərimizdə hicablı xanımların sayı artıb. Küçədə, mağazada, iri şirkətlər-də, metroda, avtobusda – hər yerdə əvvəlkindən daha çox hicablı qız və qadınlarla rastlaşırıq.



Özü də bu artım hicaba qarşı həyata keçirilən məhdudiyyətlər fonunda baş verdiyi üçün xüsusi diqqətə layiqdir. Amma...

Amma kaş hicaba büründüyünü güman edənlərin hamısının zənni düz çıxaydı və onların hamısı HƏQIQI hicablı olaydı. Kaş bütün müsəlman bacılarımız dərk edəydilər ki, hicab yalnız başı bağlamaqdan ibarət deyil. Hicab yalnız sifəti və biləkdən aşağı əlləri çıxmaq şərti ilə bütün bədəni paltarla örtməklə də bitmir. Hicabda dörd əsas şərt olmalıdır. Birincisi, hicab qadının şəriətdə görünməsi icazə verilən üzvlərindən başqa, bütün Ardı »

Maraqlı melumatlarİmanın altıncı şərti, Qədərə İman (I hissə)

1) Qədərə imanın tərifi və əhəmiyyəti:
Qədər: Allahın kainatdakı hər şeyi əzəli elmi və hikməti sayəsində təqdir etməsi, o elminə uyğun bir şəkildə nizama salmasıdır. Qədərə iman Allahın sonsuz elmi və gücü ilə əlaqəli bir mövzudur. Uca Allahın her şeyə gücü çatar və O hər istədiyini də edə bilər.

Qədərə inanmaq, Allah’ın rübubiyyətinə(rəbbliyinə) inanmağın gərəklərindəndir. İmanın altı şərtindən biri olub, ona tam bir şekildə inanılmadan iman edilmiş olunmaz. Uca Allah belə buyurmuşdur:
“- Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.” (54 - əl-Qəmər (Ay) surəsi, 49 – cu ayə)


Məhəmməd peyğəmbər(s.ə.s) bu barədə belə buyurmuşdur:
(( كل شيء بقدر حتى العجز والكيس Ardı »

Maraqlı melumatlarHəcc - (Miqatlar,Zaman miqatları,Məkan miqatları,Miqatı ehramsız keçmək

Miqatlar:

Zaman miqatları:

Məkan miqatları:

Miqatı ehramsız keçmək:

Miqatda ehrama girmək:

Ehrama girən insan, xəstəlik və ya hansısa üzürlü səbəbdən dolayı ehramdan çıxa bilmək üçün əvvəlcədən şərt kəsə bilər:

Miqatlar:
Miqatlar iki qismdir: zaman və makan miqatları[1].

Zaman miqatları:
Uca Allah buyurur: «(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir...»[2].
Digər ayədə buyurulur: «Həcc (mövsümü) məlum olan aylardır»[3].
İbn Ömər (Allah ondan razı olsun) deyir ki, «həcc ayları, şəvval, zülqədə və zülhiccənin birinci on günüdür»[4].
İbn Abbas (Allah ondan razı olsun) isə demişdir: «Sünnəyə əsasən həcc üçün yalnız həcc aylarında ehrama girmək lazımdır»[5].

Məkan miqatları:
İbn Abbas (Allah ondan razı olsun) deyir ki, Ardı »

Maraqlı melumatlarDin nədir?!

Hər gün ayrı- ayrı dinlərə etiqad edən müxtəlif insanlarla qarşılaşırıq.
Məsciddə müsəlmanları rüku və səcdə edərək namaz qılanlar, kilsədə xristianları xaç çəkərək dua edirlər,
sinəqoqda yəhudiləri başlarını örtərək qədim dillərdən Yaradan həmd-səna edənlər görürük.
Xristianlar bazar gününü, yəhudilər şənbə gününü, müsəlmanlar cümə gününü müqəddəs gün hesab edirlər.

Bütün bunlar dini etiqad formalarını müxtəlifliyinə dəlalət edirlər.

Bəs görəsən din nədir, onun tanıdığlarımız və tanamadıqlarmız təzahür formaları nə üçün lazimdır?

Din - insanları hiss üzvləri ilə dərk edilən dünya gerçəkliyi arxasındakı daha əhəmiyətli gərçəkliyi ilə
bağlayan yoldur.Bu yol insanlara gözəl əxlaq sahibi olmağı, yaxşılıq etməyi,
pisliklərdən çəkinməyi öyrədən Allah yoludur, Allah sevgisinə qovuşduran Ardı »

Maraqlı melumatlarİkinci Hadisə : Münafiqlər Tərəfindən Ortaya Atılan İfk (İftira) Hadisəsi

İkinci Hadisə : Münafiqlər Tərəfindən Ortaya Atılan İfk (İftira) Hadisəsi

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bir səfərə çıxarkən xanımları arasında püşk atar və püşk kimə düşərsə, Peyğəmbər ilə birlikdə o gedərdi. Bu dəfə də püşk Aişə (radiyəllahu anhə)`yə çıxdı. Bu səfərə Rəsulullah ilə birgə o da getdi.

Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) yürüşü qurtardıqdan sonra ordusuyla birlikdə Mədinəyə qayıtmaqçün yola çıxdı. Mədinəyə yaxın bir məsafədə enərək bir neçə gün qaldıqdan sonra əskərlərə yola çıxmaq üçün təzədən əmr verdi. Əskərlər hərəkətə keçdilər. O əsnada Aişə, ehtiyacını ödəmək üçün ordugahdan ayrılaraq tənha bir yerə çıxmışdı. İşini qurtarıb qayıdanda boyunbağısının boynundan düşdüyünü hiss Ardı »