Maraqlı melumatlar → İman edərək arınmaq
İnsanlar, (yalnız) "İman etdik" deyərək, sınanmadan buraxılacaqlarınımı sandılar?
(Ənkəbut Surəsi, 2)
Bu ayədə Allah, "iman etdim" deyən qullarını dünya həyatında imtahan edəcəyini bildirir. Allah insanlardan həqiqi və səmimi bir iman istəyir. Bu isə adamın yalnız "mən inandım" deməsi ilə əldə edilə bilməz. İnsanın dünyadakı vəzifəsi, Uca Allaha və axirətə iman etmək, Quranda ifadə edildiyi şəkildə gözəl əxlaq sahibi bir insan olmaq, Allahın sərhədlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır. Bu səbəbdən hər insan, Allaha və Onun dininə həqiqətən inandığını, şeytanın özünü sapdırmaq üçün göstərəcəyi bütün səylərə baxmayaraq doğru yoldan dönməyəcəyini göstərməlidir. Eyni şəkildə kafirlərə uymayacağını, öz nəfsinin ehtiraslarını Allahın razılığına seçim etməyəcəyini Ardı »