Maraqlı melumatlar → Üzüyümün qaşı firuzədəndir
İslam Peyğəmbəri qızıl üzük taxmağı İmam Əliyə (ə) qadağan edib buyurmuşdu: "Qızıl üzük taxma, qızıl cənnətin bəzəyidir”. Quran ayələrindən və hədislərdən belə bir nəticə çıxara bilərik ki, qızıl üzük taxmaq, ipək libas geyinmək bu dünyada kişilərə haramdır, amma axirət aləmində buna icazə veriləcək.
Bəzi müasir alimlər qızılın kişi orqanizminə mənfi təsir göstərdiyini, xüsusilə, cinsiyyət vəzilərinin fəaliyyətini pozduğunu söyləyirlər. Bu barədə söylənilən fikirlər ziddiyyətlidir. Ona görə də bu fərziyyəyə inanıb-inanmamağı oxucuların öz öhdəsinə buraxırıq. Amma zənnimizcə, daha güclü olan sübut bundan ibarətdir: qızıl bəzək əşyaları kişini qadına bənzədir. Kişi qızıl üzük, qolbaq, zəncir taxmağa başlasa, üzərində olan öhdəlikləri unudar, bəzək həvəsi onun beynini Ardı »