Maraqlı melumatlar → Elmin və elm əhlinin fəziləti
Elmin əzəmətliyini və fəzilətini bilmək üçün, Uca Allahın Öz Peyğəmbərinə (s.a.v) elminin artırılmasını istəməsini əmr etdiyi ayəni zikr etmək kifayətdir. Uca Allah demişdir:
“Ey Rəbbim! Mənim elmimi artır!” – de. (TaHa, 20:114).
Hafiz İbn Həcər demişdir: “Bu ayə elmin fəzilətli olmasına dəlildir, çünki Uca Allah Öz Peyğəmbərinə (s.a.v) elmdən savayı başqa bir şeyin artırılmasını istəməyi əmr etməmişdir! Burada “elm” dedikdə, şərii elm nəzərdə tutulur”. (Bax “Fəthul-Bari”, 1/141.)
Xuzeyfə rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: “Elmin fəziləti, ibadətin fəzilətindən üstündür. Dinin təməli isə - təqvadır”.
( əl-Hakim, əl-Bəzzar. Hədis səhihdir. Bax “Səhihul-cəmi”, 4214.)
Həmçinin Peyğəmbər (s.a.v) demişdir: “Xeyr öyrənmək və ya xeyr öyrətmək üçün Ardı »