Maraqlı melumatlar → İslamın Gözəllikləri (İmanın əsasları baxımından), Mələklərə, Kitablara və Peyğəmbərlərə İman
Ikinci əsas: Mələklərə iman:
İslam dini mələklərə imanı vacib etmişdir. Onlar, Allahın yaratdığı qeyb aləminə məxsus məxluqatdandırlar. Bu haqda Allah taala bizə Öz kitabında xəbər vermiş, onları vəsf etmiş, adlarını sadalamış və dediklərinə uyğun olaraq onların mövcudluğuna iman gətirməyi vacib etmişdir. Həmçinin mələklərə imanı imanın ikinci əsası etmişdir. Bu əsasa iman gətirməyənin imanı kamil olmaz.
1. Allah taala və Onun Peyğəmbərinin dediyi tərzdə mələklərə iman gətirdikdə həqiqətən də Allahın böyük yaradan olması dərk olunur. Çünki mələklərin bəziləri çox nəhəng və qorxulu sifətdə yaradılmışdır. Peyğəmbər (sav) buyurur:
"Məni dinlə, sənə ərşi daşıyan, Allahın mələklərindən biri haqda xəbər verəcəyəm. Onun qulağının kənarı (sırğalığı) ilə Ardı »