Maraqlı melumatlar → Sheytanin Duasi
Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı...Şeytan məscidin çirkli xalçasına, rəflərdəki toz basmış Qur’anlara baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi.Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü. O özü də bilmirdi nə edirdi. Ardı »