Maraqlı melumatlar → Allah Istədiyi Kimsəni Hidayət Edər
Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında Yəsribdə (o zamanlar Mədinə şəhəri belə adlanırdı) iki böyük qəbilə yaşayırdı: Xəzrəc və Ovs qəbilələri. Bu iki qəbilənin ulu əcdadları olan Xəzrəc və Ovs doğma qardaş idilər. Onlar əvvəl Yəməndə yaşayırdılar.
Yəmən səddi uçulandan və tor¬paqlar su altında qalandan sonra Ovslə Xəz¬rəc Yəsribə gəlib burada məskunlaşdılar. Zaman keçdikcə onların nəsli artıb-çoxaldı. Şəhərdə yaşayan yəhudi icması bundan narahat olmağa başladı, çünki onların nüfuzu get-gedə zəifləyirdi. Bir ara Şam xristianları ilə Yəsrib yəhudiləri arasında yaranmış qarşıdurmada Ovs və Xəzrəc qəbilələri xristianların tərəfini tutub yəhudilərə əks mövqedə durdular. Bu, tərəflər arasındakı gərginliyi daha da artırdı. Yəhudilər Ovslə Xəzrəci zəiflətmək üçün Ardı »