Maraqlı melumatlar → Yeddi yaşdan əvvəlki mərhələ
Uşaq bu mərhələdə, xüsusilə təmyiz yaşından əvvəlki ömrünün ilk illərində ailə fərdlərini təqlid edər. Bu mərhələdə uşaq ana-atasının və ailə fərdlərinin namazlarını qılmalarına fikir verər.
Bu səbəblə ana-ata uşağın həyatındakı bu dövrü əhəmiyyətli hesab etməli və uşağa birbaşa və təkrar-təkrar namazı əmr etməkdən çəkinməlidir.Əsas bu mərhələdə hədəf uşağı namazın şəklinə və namazdakı işlərə alışdırmaq olmalıdır. Uşaq ana-atasını namaz qılan görməlidir. Bu da atanın nafilə və fərzlərlə birlikdə qılınan sünnət namazları evində və uşaqlarının hüzurunda qılmasıyla olar.
Yenə ata məscidə getmək üçün evindən çıxmadan əvvəl övladlarına məscidə getdiyini xəbər verməlidir. Nafilə namazların evdə qılınmasının məsciddə qılınmasından daha üstün olduğu bilinən bir xüsusiyyətdir. Məhəmməd peyğəmbər Ardı »