Maraqlı melumatlar → İslamın Gözəllikləri (Həccə getmək)
Dördüncü bölüm: Həccə getmək:
Həcc sözü şəriət termini kimi xüsusi əməllərin adı, yaxud Kəbəni və (həccə aid olan) müəyyən yerləri xüsusi tərzdə ziyarət etməkdir.
Həcc, İslamın beş əsasından biri və onun əzəmətli vacib əməllərindəndir. Həccin vacib olması haqda Quranda, hədislərdə və alimlərin buyurduqları kəlamlarda bir çox sübutlar mövcuddur. Yetkinlik yaşına çatmış hər kəsə ömürdə bir dəfə həcc etmək vacibdir.
Həccin vacibliyinə aid Qurandan olan sübut:
Allah taala buyurur:
"Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) Ardı »