Maraqlı melumatlar → Zarafat etmək.
Zarafat etmək insanın fitrətindən gələn bir haldır. Bu, insanda xoş duyğular əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə kömək edir.
Lakin bununla belə İslamda zarafat etməyin öz ədəbləri mövcuddur ki, müsəlman öz zarafatlarını bu qaydalara müvafiq tərzdə tənzimləməli, ilk növbədə Allaha, daha sonra insanlara xoş gələcək zarafatlar etməlidir. Zarafat ədəbləri aşağıdakılardır:
1. Zarafatlarda İslam dininə tənə gətirən, lağ edilən ton olmamalıdır.
Bilmək lazımdır ki, İslam dininin hər hansı atributunu zarafat, lağ hədəfi etmək müsəlmanı İslamdan çıxarır:
"Ya Rəsulum!) Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!
(Əbəs yerə) üzr istəməyin. Siz iman Ardı »