Maraqlı melumatlar → Namazda edilməsi bəyənilməyən (məkruh) əməllər
Namazda edilməsi bəyənilməyən (məkruh) əməllər:
1. Ehtiyac olmadan paltar və ya bədən ilə oynamaq:
Mueyqib deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) (namaz vaxtı) səcdə yerinin torpağını düzəltmək istəyənlərə demişdi ki, «əgər belə etsən, onda bir dəfə et»[1].
2. Əllərin böyürlərə qoyulması:
Əbu Hureyrə deyir ki, «insana, əlləri böyürlərə qoyub namaz qılmaq qadağan edilmişdir»[2].
3. Gözləri səmaya dikmək:
Əbu Hureyrə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Namaz vaxtı dua edərkən gözlərini səmaya dikən insanlar bu əməllərindən əl çəksinlər. Əks halda gözləri kor edilər»[3].
4. Ehtiyac olmadan dönmək:
Aişə deyir ki, mən Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və Ardı »