Maraqlı melumatlar → Hacı Kərim xan Qovanlı-Qacar
Hacı Kərim xan Məhəmmədibrahim xan oğlu Qovanlı-Qacar (?-1909)—Qacar əyanı, müctəhid, Kərimxani təriqətinin banisi.Mündəricat [gizlə]
1 Həyatı
2 Ailəsi
3 Mənbə
4 İstinadlar
5 Həmçinin bax
6 Xarici keçidlər
[redaktə]
Həyatı
Məhəmmədkərim xan Məhəmmədibrahim xan oğlu Kеrman şəhərində anadan оlmuşdu. Kərim xan kimi tanınırdı. Mükəmməl mədrəsə təhsili almışdı. Seyid Kazım Rəştinin yanında dini elmlərə yiyələnmişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət еtmişdi. Müctəhid idi.Şeyxiyyə məktəbinə mənsub idi. Sonra Kərimxani təriqətini yaratmışdı. Sağlığında bu təriqət Ağayi adlanırdı. Özünü "Dördüncü sütun" ("Rükni-rabe") adlandıran bu şəxsin əqidəsini M.F.Axundzadə kəskin tənqid etmişdir. Mütəfəkkir bütün bu xurafatın mayasını ən çox elmsizlikdə görürdü.
Nəbi Zərəndi Hacı Kərim xan haqqında yazır: “Hacı Seyyid Cavad Kirman əhalisi arasında öz elmi, bacarığı Ardı »