Maraqlı melumatlar → Heyz (aybaşı), nifas və istihazə
Bu bölmədə aşağıdakı mövzulardan bəhs edilir:
1. Heyz və nifasla bağlı hökmlər
2. Heyz və nifas səbəbi ilə haram olan əməllər
3. Heyzli qadına cinsi yaxınlıq edənin hökmü
4. İstihazə
5. İstihazəli qadınla əlaqədar hökmlər
Heyz və nifasla bağlı hökmlər
Heyz (aybaşı), qadınların yaxşı bildikləri bir qandır. Onun çox və ya az miqdarı üçün şəriətdə heç bir məhdudiyyət yoxdur. Bu məsələ adətlə ölçülür.
Nifas, doğum səbəbi ilə axan qandır. Bu qanın ən çox müddəti qırx gündür.
Ummu Sələmə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zamanında nifaslı qadınlar qırx gün nifas müddəti saxlayardılar»[1].
Qanın qırx gündən tez bir vaxtda kəsildiyini görən nifaslı qadın Ardı »