Maraqlı melumatlar → ALLAHA İMAN GƏTİRDİM DE, SONRA DOĞRU YOLU TUT
Süfyan ibn Abdullah əs-Səqafi deyir ki, mən dedim: «Ey Allahın elçisi, mənə İslamda elə bir söz de ki, o barədə səndən sonra heç kəsdən soruşmayım: Peyğəmbər (s.a.v.) dedi: Allaha iman gətirdim de, sonra doğru yolu tut»[1] Müslim rəvayət etmişdir.
Bu kişi Peyğəmbərdən (s.a.v.) ümumi məna kəsb edən xeyirli və faydalı, insanı nicata qovuşduran söz deməsini istədi. Peyğəmbər (s.a.v.) isə ona, Allaha iman gətirməyi əmr etdi. Bu iman, etiqad edilməsi vacib olan məsələləri əhatə edir. Misal olaraq bunları demək olar: iman etiqadları və əsasları, bununla bağlı olan qəlb əməlləri, Allaha itaət və tam razılıq, bütün bunları zahirdə və batində əks etdirmək, bu işdə Ardı »