Maraqlı melumatlar → Peyğəmbərin əxlaq məktəbindən dərslər
Həzrət Mühəmməd Peyğəmbər (s) paltarını özü tikər, ayaqqabılarını özü yamayar, qoyununu özü sağardı. Kölələrlə birlikdə yemək yeyər, miniyə minib başqasını da tərkinə alardı. Ehtiyacı olan malı bazardan alıb özü evinə aparardı.
Həm kasıblarla, həm də varlılarla görüşəndə özü birinci əl uzadar, həmin adam əlini çəkməyincə o həzrət əlini çəkməzdi. Hətta müsəlmanlar Onun bu xasiyyətindən xəbər tutandan sonra görüşərkən birinci özləri əllərini geri çəkərdilər ki, o həzrəti yorub incitməsinlər. Hamıya – varlı ya kasıb, kiçik ya böyük olmasına baxmayaraq – birinci salam verərdi. Kim ona nə isə versəydi, hətta çürümüş xurma olsa belə, qəbul edər, o adamı təhqir etməzdi. Az gülərdi, amma həmişə Ardı »