Maraqlı melumatlar → SƏBADAN XƏBƏRLƏR
Süleymanın ordusu imanlı insanlardan təşkil olunmuşdu. İnsanlardan əlavə cinlər və quşlar da ona qulluq edirdilər. Məsələn, şanapipik quşu su tapmaq üçün onun ordusuna kömək edirdi.
Şanapipik quşu Allahın ona verdiyi hissiyyatla bilirdi ki, filan yerdə yerin altında su vardır. Ona görə də ora enirdi. Sonra isə işçilər gəlib, oranı qazır və su çıxarırdılar.
Bir gün həzrət Süleyman əsgərlərinə bir fərman verdi. İmanlı insanlar, cin və quşlar toplaşdılar. Həzrət öz böyük hakimiyyəti barəsində danışaraq buyurdu:
-Bütün bunlar Allahın hədiyyəsidir. Allah şükr edənlərə ruzi bəxş edir.
Allah quşların dilini bizə öyrətmişdir. O hər şeyi bizə əta etmişdir.
Bu zaman Süleyman gördü ki, hələ şanapipik gəlməmişdir. Şanapipikdən başqa bütün Ardı »