Maraqlı melumatlar → MÜAVİYƏNİN MƏHƏMMƏD İBN ƏBİ BƏKRƏ CAVABI
"Müaviyə ibn Səxrədən Məhəmməd ibn Əbi Bəkrə! Allahın əmrinə təslim olanlara salam olsun! Sənin məktubun mənə çatdı, Allahı böyük ləyaqət, qüdrət və qüvvətlə yad etmişdin. Onun Peyğəmbərinin xüsusiyyətlərini düzüb qoşduğun çoxlu sözlərlə, eləcə də öz atana olan əsassız nəzərini bəyan etmişdin.
Bu məktubda Əbu Talibin oğlunun üstünlüyünü, onun Allahın Peyğəmbəri ilə qohumluğunu, ona kömək etməsini, vəfalı olmasını, qorxu və vəhşətli halətlərdə onunla birgə olduğunu açıqlamışdın. Eləcə də mənə öz fəzilətlərini deyil, yalnız onun fəzilətlərini sübut etmişdin. Allaha həmd və şükür edirəm ki, bu fəzilətləri sənə deyil, başqasına əta etmişdir.
Mən və sənin atan Peyğəmbərin həyatında Əbu Talibin oğlunun haqqını özümüzə lazım Ardı »