Maraqlı melumatlar → Bağışlanmış ömür (2-ci hissə)
Mahmudun evdə olmasından üç gün ötmüşdü. Həmidə xanım Mahmudun beynində xərçəng olduğunu, ömrünün son günlərini yaşadığı xəbərini saxlaya bilməmiş, bütün qohum – qonşuya demişdi. O, sanki bu pis xəbəri başqalarına deməklə yüngülləşir, dərdin bölməyə adam axtarırdı. Hər gün evlərinə qohum – qardaş axını var idi. Mahmud elə zənn edirdi ki, xəstəxanadan yenicə çıxdığına görə hamı ona baş çəkməyə, “həmişə ayaq üstə!..” - deməyə gəlir. Əslində isə Mahmud özü də bilmədən hamı onunla vidalaşmaq, halallaşmaq üçün bu evə baş çəkirdi.
Həmidə xanım hər gün vaxtlı – vaxtında onun dəva – dərmanına nəzarət edirdi ki, ağrıları şiddətlənməsin. Bu üzdən də Mahmud xəstəliyinin ciddi, müalicəsi Ardı »