Elə insanlar vardır ki, əsəbiləşdiyi zaman özünə, övladlarına, yaxud malına bəd dua edir. Halbuki, əgər etdiyi bəd dua baş verərsə, ona heç vaxt razı olmaz. İnsanın belə etməsi onun tələsgən olmasından və işinin aqibətini düşünməməsindən irəli gəlir.
Allah-təala buyurmuşdur:
“İnsan [özünə] xeyir-dua etdiyi kimi, bəd dua da edər. [Adamın hirsi tutduqda özünə, yaxud övladına bəd dua edər. Əgər Allah həmin şəxsin duasını qəbul etsə, dərhal onun özünü, yaxud övladını məhv etməlidir. Lakin Allah səbrlidir, bəndələrinə əzab verməkdə tələsməz].
İnsan [hər şeydə] tələsəndir [gördüyü işinin aqibətini düşünməyə hövsələsi çatmaz].” (“əl-İsra” – 11)
İbn Kəsir (rahiməhullah) bu ayəni açıqlayaraq demişdir: “Allahu təala insanın tələsən olmasından bəzən özünə, Ardı »