Maraqlı melumatlar → Qızım ona görə Fatimə adlanıb ki...
472.Allahın Peyğəmbəri(s):«Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.»
473.İmam Sadiq (ə):«Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.»
474.Umarə:«İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün «Zəhra» (parlaq) adlandırıblar?» Buyurdu:«Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.»
128.Fatimə mənim bədənimin bir parçasıdır.
475.Allahın Peyğəmbəri(s):«Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.»
476.Allahın Peyğəmbəri(s):«Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni Ardı »