Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MidiyaMidiya - Ərazisi

Madayların ilkin məskunlaşma ərazilərinin sərhədləri tədqiqatçılar arasında mübahisəlidir. Assur mənbələrində madayların mannaların cənub-qərb sərhəddində, Parsua vilayətinin şimal–qərbində məskunlaşması göstərilir. Mənbələrdə madayların ilkin məskunlaşma ərazilərinin cənub sərhəddinin Bikni dağı olması qeyd edilir. Bikni dağını əksər tədqiqatçılar Dəmavənd dağı ilə eyniləşdirirlər. Bununla belə həmin dağı Həmədan şəhəri yaxınlığında yerləşən Əlvənd dağı ilə də lokalizə edənlər vardır. Lakin Həmədanın (Ekbatan) Maday dövlətinin paytaxtı olması nəzərə alındıqda paytaxt şəhərin sərhəd yaxınlığında salınması inandırıcı görünmür.

Q. Qeybullayev madayların ilkin məskunlaşma ərazilər haqqında yazır: "İlk vaxtlarda əsasən Kizilbunda (Cənubi Azərbaycan ərazisində indiki Qızıl-Üzən) çayının hövzələrində yaşamış Maday tayfası Assuriya ilə bir neçə əsr qanlı toqquşmalardan sonra, e.ə. 673-cü Ardı »

MidiyaKiaksar - Fəaliyyəti

O, Midiya ordusunu yenidən qurmuş və təkmilləşdirmiş, daha sonra öz hərbi gücünü Babil hökmdarı Nabopalasarla birləşdimişdir. Bu birlik həmçinin Kiaksarın qızı Amitisin Nabupalasarın oğlu II Navuxodonosora ərə verilməsi ilə də möhkəmləndirilmişdir. Navuxodonosor gözəl Midiya (Azərbayacan) dağları və təbiəti üçün darıxan xanımı Amitis üçün qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin asma bağlarını inşa etdirmişdir.

Bu birliyin nəticəsi olara yüzillərlə bütün Şərq xalqlarına əziyyət vermiş Assur dövləti süquta uğradılmış və onun paytaxtı zəngin Nineva şəhəri e.ə. 612-ci ildə tutularaq talan edilmişdir. Bu qələbədən sonra Midiya ordusu Şimali Mesopotomiyanı, Şərqi Anadolunu və Midiya və Lidiya arasında e.ə. 585-ci il 28 may tarixində baş vermiş Ardı »

MidiyaDatis

Datis və ya Datus – I Daranın hakimiyyəti dövründə Fars Əhəməni ordusunda xidmət etmiş maday sərkərdəsi. O, daha çox, Fars-Yunan müharibələrinin birinci kompaniyasında Artaferlə birgə fars ordusuna rəhbərlik etməsi ilə yadda qalmışdır.

Datis Naksos adasının mühasirəsinə cavabdeh olan ilk Əhəməni sərkərdəsi olmaqla yanaşı, e.ə. 490-cı ildə rəzil fars ordusuna rəhbərlik edərək Eretrianı fəth etmişdir. Həmin il yunanlara qarşı baş vermiş Marafon döyüşündə isə o, Əhəməni ordusunun hücumçu qüvvələrinə rəhbərlik etmişdir. Ktesi bildirir ki, Datis Marafon döyüşündə çətin hala düşərək afinalıların əlinə keçmişdir. Ancaq Herodot onun bu döyüşdən sağ çıxdığını qeyd etmişdir.

Əslində Datisin vəzifəsi Artaferlə birgə yunan ordusunun yürüşünün qarşısını almaq idi. Çünki, Ardı »

MidiyaPrototi

Prototi — skif sərkərdəsi, İşquz hökmdarı. Heredotun məlumatına görə Mannada yaşayan skiflərin başçısı olan Prototi e.ə. VII əsrdə Midiyaya hücum etmişdir. Aşşur mixi yazılarında Partatua kimi adı çəkilir. Prototi Midiyaya hücum zamanı Assuriyanın müttəfiqi olmuşdur. Ardı »

MidiyaKir və Astiaq Herodotun qeydlərində

Yunan tarixçisi Herodotun verdiyi məlumata görə Astiaq qızı Mandanadan olan nəvəsinin ona qarşı çıxacağı və onun imperiyasını məhv edəcəyi haqqında yuxu görür. Bu qorxunc yuxudan sonra Astiaq qızını, "cəld və ağıllı şahzadə" kimi tanınan və təhlükəli görünməyən I Kambizə ərə verir.

Mandananın övladının onunçün təhlükə doğurması haqqında ikinci yuxudan sonra, Astiaq öz sərkərdəsi Harpaqı qızının övladını öldürmək üçün Persiaya göndərir. Həmin uşaq isə gələcəkdə həqiqətən də Astiaqın hakimiyyətini devirəcək II Kir idi. Harpaq hökmdarın sülaləsindən olan insanın qanını axıtmaq istəmədiyindən, uşağı saxlamaq üçün, arvadı ölü uşaq doğmuş çoban Mitridata verir. Mitridat Kiri öz övladı kimi böyüdür, Harpaq isə Mitridatın ölü doğulmuş uşağını Ardı »

MidiyaPersia sərhəddində döyüş - Ərəfə

Kir Persianı Astiaqın yürüşündən qorumaq üçün bütün hərbi gücünü Persianın sərhəddində cəmləşdirmişdi. Hirbə döyüşündən sonra Astiaq 1.205.000 nəfərlik ordu ilə Persiaya yürüşə hazırlaşırdı. Döyüş hər iki tərəfin süvari qüvvələrinin toqquşması ilə başlasa da döyüşdə ən çox döyüş arabalarından istifadə edilmiş və bu döyüş tarixdə bu döyüşə qədər ən çox döyüş arabasının istifadə olunduğu döyüş olmuşdur. Midiyalılar döyüşə hərbi güclərinin çox az bir hissəsini sərf etsələr də, farslar var qüvvələri ilə bu döyüşə hazırlaşmışdılar. II Kir və onun atası I Kambizin qoruduğu şəhərin adı verilməmişdir. Hər halda şəhər vacib, güclü qorunan, sərhəd şəhəri idi. Astiaq şəhərə hücum edəcəyi halda, şəhər əhalisi öz Ardı »

MidiyaHalis döyüşü

Halis döyüşü və ya Tutulma döyüşü – 28 may, E.ə. 585-ci ildə Halis çayı (Hazırda Türkiyə ərazisində yerləşən Qızılirmaq çayı) sahilində Midiya və Lidiya qoşunları arasında baş vermiş döyüş. II Aliatt və Kiaksar arasında beş il davam edən sərt müharibənin son qarşılaşması olan bu döyüş, günəş tutulması üzündən yarımçıq dayandırılmışdır. Tərəflər döyüş zamanı günəşin tutulmasını pis əlamət kimi qəbul etmiş, tanrıların bu müharibəyə qarşı olduğunu düşünərək razılığa gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən Halis çayı Midiya və Lidiya arasında sərhəd kimi müəyyənləşdirilmişdir. Səbəb[redaktə]
Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına Ardı »

MidiyaMidiya - Əhalisi

Midiya dövlətini yaradan və hakimiyyətdə olan tayfa madaylar olmuşdur. Əksər Avropa və Rusiya iranşünasları madayların farsdilli xalq olmasını güman edirlər. Bəzi müəlliflər midiyalı və maday anlayışlarını ümumiləşdirərək bütün midiyalıların irandillilər olmasını yazmışlar. Hətta qədim fars dilində İrandilli tayfaların dialektlərinə mənsub olan, lakin o zamankı rəsmi fars dilindən fərqlənən dialekt sözlərini midizmlər adlandıraraq madayların irandilli olmasını göstərən faktlar kimi göstərmişlər.

Qiyasəddin Qeybullayev qeyd edir ki: "Midiyalılar deyilərkən Midiya imperiyasında yaşayan əhali nəzərdə tutulursa, əlbəttə, orada irandillilər – müasir farsların, kürdlərin, talışların, giləklərin, tatların və b. ulu əcdadları da vardı. Lakin bütün dövrlərdə türkmənşəli Midiya dövlətinin, farsmənşəli Əhəmənilər və Sasanilər dövlətlərinin ərazilərində heç vaxt Ardı »