Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MidiyaArtember - Ümumi

Artember – Midiya zadəganlarından biri olmuşdur, hansı ki, oğlu on yaşlı Kir tərəfindən təhqir edilmişdi. Dəməşqli Nikolayın verdiyi məlumata görə, daha sonra o, Kiri məhkəməyə köməkçi kimi işə götürmüşdü. Herodot yazır:

"Oğlan (Kir) on yaşında olanda, onun özünü tanımasında və qavramasında təsirli olmuş təsadüfi bir hadisə baş verir. O, bir gün yaşadğı kənddə, ətrafındakı ceyranlarla oynayırdı və eyni zamanda orada onunla həmyaşıd uşaqlar da vardı. Digər uşaqlar gələcəkdə hökmdar olacağı söylənən, vilayət rəhbərinin oğlundan seçilirdi. O, oğlanlara əmrlər verməyə başladı ki, bəzisi onun evinə qulluq etsin, bəzisi onu və evini qorusun, digərləri isə katibliklə məşğul olsun. Oğlanların arasında Kirin ona etməyi əmr Ardı »

MidiyaHarpaq

Həyatı[redaktə]
Herodotun "Tarix" əsərinə görə Harpaq Midiya hökmdarının sarayında yaşayaraq, son Midiya hökmdarı Astiaqın şəxsi qvardiyasında xidmət etmişdir.

Astiaqa Kirin ordu toplamasıyla bağlı xəbər çatarkən, o, əsas sərkərdəsi Harpaqı yanına çağıraraq ona, ordunu Kirə qarşı döyüşə hazırlamağı əmr etdi. Lakin, Pasarqad döyüşündə Harpaq oğlunun öldürülməsinə görə Astiaqdan qisas almaq üçün II Kirin tərəfinə keçir və beləliklə də Midiya ordusu farslara məğlub oldu.

Mif[redaktə]
Herodot Harpaqın Midiyadan üz döndərməsini Fiestin təsiri ilə verilmiş hannibal ziyafətlə əlaqələndirir. O, bildirir ki, Astiaq qızı Mandananın doğulacaq uşağının gələcəkdə onun üçün təhlükə törədəcəyi ilə bağlı yuxu gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçün Anşana göndərir. Harpaq isə əlini Ardı »

MidiyaQaumata üsyanı

Fars (pers) epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir.

Herodot bu etnik qarşıdurmanı Əhəməni sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir:

"Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə Ardı »

MidiyaII Kiaksar

II Kiaksar – Yunan tarixçisi Ksenofona görə Midiya hökmdarı olmuşdur. Bəzi tədqiqatçılar onu Danielin Kitabındakı "Midiyalı Dara" ilə eyniləşdirirlər. Lakin bu şəxs və onun hökmdarlığı haqqında, Midiya barəsində kifayət qədər geniş məlumatlar vermiş bir çox tarixçilərin, o cümlədən Herodot və Ktesinin əsərlərində bir söz deyilmir və adı çəkilmir. Bir çox tarixçilər Midiyanın belə bir hökmdarının olub olmaması və olduğu halda hansı dövrdə hakimiyyətdə olması haqqında mübahisə edirlər.

Ksenofonun "Kiropediya" əsərinə görə II Kiaksar Midiya hökmdarı Astiaqın oğlu və II Kirin anası Mandananın qardaşı olmuş və Astiaqdan sonra hakimiyyətə gəlmişdir. O, II Kirin dayısı II Kiaksar e.ə. 539-cu ildə Babili fəth etmək üçün Ardı »

MidiyaAryenis

Aryenis – Herodota görə Lidiya hökmdarı II Aliattın qızı və hökmdar Kroesusun bacısı.

Aryenis daha çox Midiya şahbanusu, hökmdar Astiaqın arvadı kimi tanınmış, II Kirin anası Mandananın (və ya ola bilsin Amitisin) anası olmuşdur. O, həmçinin I Kambizin qayınanası, II Kirin nənəsi olmuşdur.

Aryenis Kiaksar və II Aliatt arasında Halis döyüşündən sonra bağlanan müqaviləyə uyğun olaraq Midiya hökmdarının oğlu Astiaqa ərə verilmişdir. Herodot onu Mandananın (I Kambizin arvadı) anası kimi qeyd edir, lakin onun Mandananın ondan əvvəl doğulması haqqında müəyyən spekulyasiyalar da var. Ardı »

MidiyaHirbə döyüşü

Hirbə Döyüşü – madaylar və farslar arasında baş vermiş döyüş. Bu döyüş həm də Fars qiyamından sonra iki tərəf arasında baş verən ilk döyüşdür. Döyüş II Kirin yürüşü ilə başlamış və fars ordusunun şərqə doğru irəliləməsi ilə davam etmişdir. Döyüşdə qazanılan qələbə ilk fars dövləti olan Əhəmənilər imperiyasının yaradılmasının təməlini qoydu və qarşıdakı on ildə II Kirin bütün məlum dünyanı fəth etməsi üçün imkan yaratdı. Döyüş haqqında ən çox və ətraflı məlumat verən tarixçi Dəməşqli Nikolay olsa da, digər tarixçilər, Herodot, Ktesi və Strabon da bu döyüşdən bəhs etmişlər.

Döyüş madaylara o qədər pis təsir edir ki, Astiaq şəxsən orduya rəhbərlik etməyə Ardı »