Midiya → Persia sərhəddində döyüş
Persia sərhəddində döyüş – maday və fars hərbi qüvvələri arasında ikinci qarşılaşma. Döyüş, Persia üçün ciddi qələbə sayılmasa da, cənub-qərbi Asiyada Mdiyanın hərbi təsirinin yox olmasına ciddi işarə olmuşdur. Bu döyüş I Kambizin şəxsən iştirak etdiyi ilk döyüş olmaqla yanaşı, həm də onun oğlu II Kirlə eyni cəbhədə – madaylara qarşı döyüşdüyü ilk döyüşdür. Farsların Persiaya müstəqillik qazandırmağı qarşılarına məqsəd qoyduqları bu döyüş madaylar və farslar arasında baş tutmuş ən ağır döyüş olmaqla iki gün davam etmişdir. Döyüş farsların cənuba doğru yürüşlərini genişləndirməyə imkan yaratmaqla yanaşı, madaylarla üçüncü toqquşma üçün də ruhlandırmışdır.
Döyüş əsasən Dəməşqli Nikolay tərəfindən işıqlandırılsa da, Hirbə döyüşündən bəhs Ardı »