Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MidiyaMadiy

Madiy – (yunan: Μαδύης) – Ön Asiyada ağalıqları dövründə skiflərin hökmdarı. Madiy Skif çarlığının hökmdarı Prototinin oğludur.

Madiyin Ön Asiyada hakimiyyətdə olduğu 28 il e.ə. VII əsrin II yarısına təsadüf etmişdir.

Madiyin hakimiyyəti dövründə skiflər, madayları məğlub edərək, Ninevanı mühasirəyə aldılar. Bundan sonra Kiçik Asiyada bir neçə ardıcıl qələbə qazanan skiflər, kimmerləri də özlərinə tabe etdilər və Kiçik Asiyanın şərqi və Ön Asiyanın böyük bir regionunda (o Cümlədən Midiyada) hökmranlıqlarını bərqərar etdilər. E.ə. 661-ci ildə skiflər Ninevanın tutulmasında və Assur dövlətinin süqutunda iştirak etdilər. E.ə. 610-cu ildə skiflər babillərlə birgə, Assur hökmdarlarnın sonuncu dayağı olan Harran şəhərini ələ keçirdilər. Bundan sonra sonuncu Assur Ardı »

MidiyaMidiya Dövlətin tənəzzülü

Halis döyüşündən qısa müddət sonra Midiyanın ən qüdrətli hökmdarı Kiaksar vəfat etdi. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585-550) gəlir. Astiaqın uzunmüddətli hakimiyyəti onun haqqında müxtəlif rəvayət və əfsanələrin yaranmasına səbəb oldu. Hakimiyyətinin ilk dövrlərində ölkənin tərəqqisinə, iqtisadi və sosial vəziyyətin gücləndirilməsinə böyük diqqət ayıran Astiaqın hakimiyyət dövrünü Midiya mədəniyyətinin müxtəlif sahələrinin inkişafı dövrü kimi də xarakterizə etmək mümkündür.

Ona qayınları Lidiyalı Kroesus və Babilli Navoxadonnozor ilə birgə nəhəng imperiya miras qalmışdı. Navoxadonnozorun arvadı Astiaqın bacısı Amitis idi, hansı ki, əri onun şərəfinə qədim dünyanın yeddi möcüzəsindən biri olan Babilin asma bağlarını inşa etdirmişdi.

Astiaq özü isə iki imperiya arasında əldə Ardı »

MidiyaFraort

Fraort – Deyokun oğlu, Midiyanın ikinci hökmdarı.

Fraort atası Deyokun hökmranlığını davam etdirərək, madaylara başqasının rəhbərlik etməsinə izn vermədən, farslara qarşı yürüşə keçmişdi. Farslar məğlub olaraq, madaylara tabe edilirlər. Fraort farslar və madaylar üzərində hakimiyyətini bərqərar etdikdən sonra, Asiyanın digər ərazilərini də özünə tabe etməyə başladı. Nəhayət o, assurların üzərinə hücuma keçdi, lakin məğlub oldu. Onun ordusu pərən-pərən oldu. Özü isə təxminən e.ə. 625-ci ildə öldürüldü. Ardı »

MidiyaMidiya - Ümumi

Midiya, Mada və ya Maday (yun. Μηδία) — E.ə. 728-ci ildən – E.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan ərazisində yaransa da, tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı.

Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri —madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir.

Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına Ardı »

MidiyaMidiya mədəniyyəti

Midiyanın özünəməxsus mədəniyyəti olmuşdur. Sonradan madaylar digər Azərbaycan tayfaları ilə etnokonsolidasiya olunduğundan onların mədəniyyəti də Azərbaycan ərazisindəki digər türk tayfalarının mədəniyyəti ilə qarışmış və vahid Azərbaycan mədəniyyətini formalaşdırmışdır.

Mövcudluğunun qısamüddətli olmasına baxmayaraq, Mada dövləti Azərbaycanın hüdudlarından xeyli uzaqda olan çoxsaylı tayfalara və xalqlara təsir etmiş‏, Yaxın Şərqin mədəni və dini mərkəzinə çevrilmi‏di. Strabon yazırdı ki, madaylar ermənilərin və daha öncə farsların, onların hökmdarlarının və Asiyada hökmdarlıq adətlərinin baniləridir. Şübhəsizdir ki, Mada dövrü Cənubi Azərbaycan tayfalarının tarixində mühüm nailiyyətlər və müxtəlif dəyi‏şikliklər zamanı olmuşdur. İran və Cənubi Azərbaycan sakinlərinin dini həyatında Mada maqlarının rolu xüsusilə böyük idi.

Cənubi Azərbaycan əhalisinin mədəniyyəti və dini görüşləri Ardı »

MidiyaFars qiyamı

Herodot göstərir ki, Midiya sarayında fars meylli qüvvələr gizli fəaliyyət göstərirdi. Bir qrup əyan ba‏şda Harpaq olmaqla II Kir ilə əlaqəyə girir və onun hakimiyyətə ələ keçirməsinə kömək edirdilər. Farslar uzun müddətli müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.

Fars qüvvələrinin başında Astiaqın nəvəsi (qızı Mandananın oğlu) II Kir dururdu. Astiaq qızı Mandananın doğulacaq uşağının gələcəkdə onun üçün təhlükə törədəcəyi ilə bağlı yuxu gördükdən sonra, Harpaqı uşaq doğulan kimi onu öldürməsi üçün Anşana göndərir. Harpaq isə əlini hökmdar nəslindən olan insanın qanına bulamaq istəmədiyi üçün uşağı (II Kir) Mitridat adlı bir çobana Ardı »

MidiyaFars qiyamı

Fars Qiyamı – Midiyanın vaxtilə özünə tabe etdiyi vilayətlərindən birində – Persiada farsların madaylara, maday hakimiyyətinə qarşı qaldırdıqları üsyan. Farslar Midiya və Assuriya arasında baş verən uzun müharibələrdə madayların mövqeyinin zəifləməsindən istifadə edərək üsyan qaldıraraq özlərini müstəqil elan etmiş və nəticədə Midiya dövlətini parçalamışlar.

Farslar Persiadan Midiyanın idarəetmə mərkəzinə – Azərbaycana, paytaxt Ekbatana doğru yürüş etsələr də onların hansı ərazilərə qədər irəliləməsi naməlumdur. Farslar assurluların Midiyaya qarşı hərbi əməliyyatlarını diqqətlə izləyir, assurların yürüşləri zamanı Midyanın daxili vilayətlərinə doğru yürüş edir və maday ordusunun iki cəbhəyə bölünməsinə səbəb olurdular.

Madaylar və farslar arasında müharibə e.ə. 552 – e.ə. 550-ci illərdə davam etmişdir. Baş verən Ardı »

MidiyaAmitis

Evlənməsi[redaktə]
Amitis Midiya və Babil çarlığı arasnda ittifaqa uyğun şəkildə, formal olaraq Babil hökmdarı II Navuxadonosora ərə verilmişdir.

Babil Asma bağı[redaktə]
Babilə köçdükdən sonra çox darıxan və həmişə qəmgin olan Amitisdən bunun səbəbini soruşduqda o, vətəni Midiya, onun bağları və meşələri, təmiz bulaqları və saf havası üçün darıxdığını qeyd edir. Bu sözləri eşidən hökmdar, Babilin ən böyük memarlarını çağıraraq, arvadının darıxmaması üçün Babildə Midiya bağlarına oxşar bağ salmağı əmr edir. Bundan sonra midiyalı xanım Amitisin şərəfinə qədim dünyanın yeddi möcüzəsindən biri olan Babil Asma Bağı salınır Ardı »