Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MidiyaTomris

Həyatı[redaktə]
Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən görkəmli tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Kir müasir Azərbaycan respublikası ərazisində, Araz çayından şimalda yerləşən Massaget çarlığına (bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər. Çünki massagetlər Orta Asiyada da yaşayırdılar) yürüşü zamanı öldürülmüşdü. Bu rəvayətin Ardı »

MidiyaTecərə

Tecərə — Midiya dövrinə aid bir toponim.

"Tecəre" yer adi İran coğrafiyasinda "Təcərəq" kimi qeydə alınmışdır və bir sözlə yayqin toponimlərimizdən sayılır. Guney Azərbaycan ərazisində və ondan qıraq yerlerdə rast gəlinir. Buna misal olaraq Əcəbşir şəhərinin qalaçay hövzəsində, Ərdəbilin qərbində, Miyana şəhərinin şimal şərqində, Marğa şəhərinin ətrafında, daha sonra Ərak, Məlayer, Savə, Xansar, Tusirkan, Bəşriyyə şəhərlərinin yaxınlığında hətta Təcriş yer adında belə rast gəlinir. Bu toponimin yayılma coğrafiyasını nəzərə alsaq qədim Mad (Midiya) ərazisini bir sözlə canlandıra bilərik. Tecərə sözünün etimoloqiyasini müasir Türk, Fars, və Ərəb dilləri ilə izah etmək çətin görünür çünki heç bir dilin söz xəzinəsinə daxil deyildir hər çənd Ardı »

MidiyaMidiya - Etnoqrafik xüsusiyyətlər

Madayların bir sıra etnoqrafik xüsusiyyətlərini, geyim və bəzək formalarını, silah və nəqliyyat vasitələrini, istehsal alətləri və dini ayinlərini, əkinçi və döyüşçü, əyan və kahin (maq) surətlərini öyrənmək üçün təkcə Midiya ərazisində deyil, həmçinin qonşu ölkələrin ərazilərindəki abidələr də tədqiqata cəlb edilmişdir. Belə abidələrə misal olaraq Assur və Təxti-Cəmşid qabartılarını, təsvirli möhürləri və digər arxeoloji tapıntıları göstərmək mümkündür.

E.ə. VII əsrə aid olan Ninevadakı bir Assur qabartısında madayların zorla köçürülməsi təsvir edilmişdir. Bu təsvirdə fiqurlar bir sırada çəkilmişdir. Sıranın əvvəlində və sonunda Midya kişiləri, Ortasında isə, Midiya qadınları və uşaqlar gedirlər.Üç assur əgəri bunları müşayət edir. Fiqurların ayaq və əl vəziyyətləri onların hərəkətdə Ardı »

MidiyaMidiya dili

Midiya dili və ya Maday dili – midiyalıların dili. Bəzi tədqiqatçılar tərəfindən Zaza, Gilək, Mazandaran, Bəluc və Kürd dilləri ilə yanaşı Şimal–qərbi İran dilləri yarımqrupuna aid olduğu güman edilsə də, bəzi tədqiqatçılat midiya dilinin qədim türk dillərindən biri olduğu fikrindədirlər.

Tədqiqi[redaktə]
Çox az sözün tədqiq edilməsiylə midiya dilinin qədim İran dillərindən biri olması haqqında rəy formalaşdırılmışdır. Qrammatikası haqqında heç nəyin bəlli olmamasına rəğmən bu dillə Avesta dili və Qədim fars dili arasında oxşarlıqların olduğu qeyd edilmişdir. Midiya dövlətinin mövcud olduğu dövrdə midiya dili bu dövlətin əhatə etdiyi ərazilərdə rəsmi dövlət dili olmuşdur.

Midiya dövrünə aid heç bir sənəd dövrümüzə çatmamışdır və midiyalıların hansı əlifbadan Ardı »

MidiyaMidiya–Lidiya müharibəsi

Assur dövlətinin süqutundan sonra işğalçılıq müharibələrinə ba‏şlayan Kiaksar Egey dənizi sahillərinə çıxa bilmək üçün ciddi işğalçılıq fəaliyyətinə başladı. Öncə hədəf artıq tənəzzül dövrünü yaşamaqda olan qədim Urartu dövləti oldu. Çünki bu dövlət Kiçik Asiyaya gedən yolun üzərində yerlə‏şirdi. Lakin Midiya ilə Urartu arasında yerləşən Manna dövlətinin aqibəti naməlum olaraq qalır. Ziya Bünyadov qeyd edir ki, ola bilsin, Manna rəsmən Midiyadan siyasi asılı vəziyyətdə olmuş və bununla da daxili idarəetmədə müstəqilliyini saxlaya bilmiş‏di. Manna, həmçinin müharibə meydanlarından da kənarda yerlə‏şirdi.

Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına sahib olmaq istəyirdi, Ardı »

MidiyaAstiaq - Hakimiyyəti

Astiaq – (Herodotda Ἀστυάγης – Astiaqes, Ktesidə Astyigas, Diodorda Aspadas, Akkad dilli mənbələrdə Ištumegu, fars dilli mənbələrdə Ištovigu) – Midiya dövlətinin e.ə. 585 – 550-ci illərdə hakimiyyətdə olmuş sonuncu hökmdarı, Kiaksarın oğlu. O, e.ə. 550-ci ildə fars şahzadəsi, nəvəsi olan II Kir tərəfindən devrilmiş və bununla da Midiya dövlətinin varlığına son qoyulmuşdur. Prof. Q. Qeybullayev Astiaqı "türklərin tarixində qara səhifə açmış" hökmdarlardan sayır. Hakimiyyəti[redaktə]
Astiaq 585–ci ildə Midiya və Lidiya arasında beş illik müharibənin sonu olan Pteria döyüşündən [Mənbə göstərin] sonra hakimiyyətdə atasını əvəz etmişdir. Ona qayınları Lidiyalı Kroesus və Babilli Navoxadonnozor ilə bigə nəhəng imperiya miras qalmışdı. Navoxadonnozorun arvadı Astiaqın bacısı Ardı »

MidiyaEllinizm dövründə

Arrian qeyd edir ki, e.ə. 330–cu ildə Makedoniyalı İskəndərin bütün Əhəməni imperiyası ərazisinə sahib olmasından sonra, e.ə. 328–ci ildə III Daranın sərkərdəsi, əslən madalı olan Atropat yenidən Midiya satrapı təyin edildi. Belə ki, İskəndər bütün fars satraplarını vəzifədən uzaqlaşdırsa da, yalnız Atropatı sadiqliyi qarşılığında öz vəzifəsinə – Midiya satrapı vəzifəsinə yenidən təyin etdi və daxili müstəqillik verdi. Böyük Midiya ərazisi Makedoniyalı İskəndərin hakimiyyəti altına keçsə də, Kiçik Midiya – Azərbaycan ərazisi ondan vassal asılılığını qəbul etməklə daxili müstəqilliyini qorudu. Makedoniyalı İskəndərin ölümündən sonra, onun varisləri arasında çəkişmələr başladığı dövrdə, Kiçik Midiya ərazi bölüşdürülmələrindən uzaqda qaldı və bütün Azərbaycan tayfaları Atropatın vahid Ardı »

MidiyaHirbə

Hirbə – Midiyanın ən böyük şəhərlərindən biri. Təxminən Midiyanın gücləndiyi dövrlərdə inşa edilmiş şəhər hökmdar şəhəri qədər zəngin və dəbdəbəli olmuşdur. Şəhərin yeri haqqında mənbələrdə məlumat verilmədiyindən onun harda yerləşməsi hələ də naməlumdur. Dəməşqli Nikolayın əsərinn dövrümüzə çatmış hissələrində Hirbə Midiyanın Persiaya yaxın ərazisində yerləşən şəhər kimi təsvir olunur. Hər halda Dəməşqli Nikolay şəhərin nəhəng imperiyanın məhz Midiya (Azərbaycan) ərazisində yerləşdiyini qeyd edir.

Şəhərin davam edən axtarışları hələ də uğurlu bir nəticə verməmişdir. Tarixçilərin əksəriyyəti Hirbə şəhərinin də digər Midiya şəhərləri kimi mühüm strateji ərazidə salındığını güman edirlər.Madaylar və farslar arasında Harpaq və II Kirin rəhbərliyi ilə keçirilən ilk döyüş də məhz Ardı »